İnyesta ardıcıl 2-ci oyunda qol vurdu

İnyesta ardıcıl 2-ci oyunda qol vurdu
XƏBƏR 15 Avqust 2018 / 18:02 2302
-  A +

Ötən mövsümün sonunda “Barselona”dan Yaponiyanın “Kobe” klubuna keçən Andres İnyesta yeni komandasında növbəti qolunu vurub.

Qol.az-ın xəbərinə görə, 34 yaşlı yarımmüdafiəçi yüksək liqanın 2-ci turunda “Xirosima” ilə keçirilən oyunda  (1:1) fərqlənib.

Oyunda hesabı açan təcrübəli futbolçu ardıcıl 2-ci oyunda qol sevinci yaşayıb. İspaniyalı futbolçu ötən tur “İvita” ilə görüşdə “Kobe”də qol hesabını açmışdı. İnyesta ötən oyunda olduğu kimi, bu dəfə də Lukas Podolskinin ötürməsini qola çevirib.

Qeyd edək ki, İnyestanın komandası 33 xalla 18 komanda arasında 4-cü pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər