Maradona 1,5 ay əvvəl təyin olunan məşqçini göndərdi

Maradona 1,5 ay əvvəl təyin olunan məşqçini göndərdi
XƏBƏR 12 Avqust 2018 / 12:35 4585
-  A +

Brestin “Dinamo” klubu baş məşqçisi Aleksey Şpilevski ilə yolları ayırıb.

Qol.az-ın Belarus mətbuatına istinadən yaydığı xəbərə görə, Şpilevski bu vəzifəyə ay yarım əvvəl – iyunun 29-da təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda keçirdiyi 7 oyundan 2-də qalib gəlmiş, 3-də heç-heçə etmiş, 2-də isə uduzmuşdu.

Bundan başqa, komandanın rəisi Yuri Savçenko da istefaya göndərilib.

Xatırladaq ki, “Dinamo”nun klubunun direktorlar şurasına əfsanəvi futbolçu Dieqo Maradona rəhbərlik edir.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi