"Liverpul"un futbolçusu bu mövsüm oynamaya bilər

"Liverpul"un futbolçusu bu mövsüm oynamaya bilər
DÜNYA FUTBOLU 19 İyul 2018 / 13:05 3328
-  A +

"Liverpul"un zədəli futbolçusu Aleks Okslyed-Çemberleyn bu mövsümü buraxa bilər.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə İngiltərə klubunun baş məşqçisi Yurgen Klopp məlumat verib. O, əməliyyat olan 24 yaşlı oyunçunun yaşıl meydanlara qayıtmağının uzun müddət çəkəcəyini deyib:

"Onun zədəsinin ciddi olduğunu "Roma" ilə görüşün növbəti günü öyrəndik. Amma mövsümün sonuna yaxın olduğu üçün bunu oyunçulara və ictimaiyyətə bildirmədik. Düzgün zamanı gözlədik. Onun əməliyyatı uğurlu keçdi və müalicəsi davam edir. Ancaq aramıza qayıtması uzun vaxt alacaq. Açığı, Çemberleyn bu mövsüm oynasa, bizim üçün böyük sürpriz olcaq".

Qeyd edək ki, Çemberleyn Çempionlar Liqasının yarımfinalında "Roma" ilə ilk matçda zədələnib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi