Əmrə Bəlözoğlu futbolla vidalaşır

Əmrə Bəlözoğlu futbolla vidalaşır
XƏBƏR 18 İyul 2018 / 16:36 3457
-  A +

"Başakşəhər"in kapitanı Əmrə Bəlözoğlu karyerasını bitirəcəyi tarixi açıqlayıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, 37 yaşlı oyunçu mövsümün sonunda futbolla vidalaşacağını bildirib.

Qeyd edək ki, Türkiyədə "Başakşəhər"dən öncə "Qalatasaray" və "Fənərbaxça"nın formasını geyinmiş Əmrə İtaliyada "İnter", İngiltərədə "Nyukasl" və İspaniyada "Atletiko" kimi klubların şərəfini qoruyub.O, 95 dəfə dəvət aldığı Türkiyənin əsas millisində 9 qol vurub.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi