Toni Adams kimdi?

Toni Adams kimdi?
XƏBƏR 12 May 2010 / 16:18 1815
-  A +

Bu gün “Qəbələ” Futbol klubu yeni baş məşqçisini futbol ictimaiyyətinə təqdim etdi. Bəs görəsən, bölgə təmsilçisinin yeni çalışdırıcısı kimdi? Qol.Az-ın məlumatına görə, Britaniya İmperiyasının Ən Yüksək Medalına sahib olan Toni Adams 1966-cı il, oktyabrın 10-da Romfordda, Londonda anadan olub.
T.Adams futbolçu karyerasının böyük hissəsini – 22 ilini “Arsenal” klubunda keçirib və komandanın azarkeşləri tərəfindən bütün zamanlar ərzində ən yaxşı futbolçusu hesab olunur. Bundan başqa, o, Futbol Liqasının 100 əfsanəsi sırasına daxil edilib. Toni “Arsenal”da 6 nömrə, İngiltərə yığmasında isə 5 nömrə altında çıxış edib. “Arsenal”la birlikdə o, Premyer Liqanın 4 tituluna, 3 dəfə İngiltərə kubokuna, 2 dəfə Futbol Liqasının kubokuna, UEFA Kuboklar kubokuna və 3 dəfə İngiltərə kubokuna sahib olub. T.Adams həmçinin İngiltərə premyer Liqasının Portsmut klubunun keçmiş meneceridir. Peşəkar futbol karyerasını bitirdikdən sonra Toni Adams “Vaykomb Vanderes” klubunun meneceri vəzifəsində çalışıb. T.Adams Rotterdamın “Feyenoord” klubunun, “Utrext” komandasının və “U 20” gənc klubunun baş məşqçisi olub.
İngiltərə futbol tarixində Adams yeganə şəxsdir ki, Liqanın titullarına müxtəlif onilliklərdə ( 80-ci, 90-cı və 2000-ci illərdə) əldə etmiş komandaya kapitanlıq edib.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi