El Klassikonu idarə edəcək hakim müəyyənləşdi

El Klassikonu idarə edəcək hakim müəyyənləşdi
XƏBƏR 25 Aprel 2018 / 01:13 4047
-  A +

La Liqanın 36-cı tutunda keçiriləcək “Barselona” - “Real” oyununun baş hakimi müıəyyənləşib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, El Klassikonu Alexandro Ernandes idarə edəcək.

35 yaşlı referi ötən mövsüm əzəli rəqiblərin “Santyaqo Bernabeu”dakı görüşünü də idarə edib. Həmin matç katalonların 3:2 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Ernandes Madriddəki qarşılaşmanın 77-ci dəqiqəsində Serxio Ramosu meydanda qovmuşdu. Messi isə əlavə vaxtda qələbə qolunu vurmuşdu.

Qeyd edək ki, “Barselona” - “Real” görüşü mayın 6-da “Nou Kamp”da keçiriləcək.

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi