Klubu millimizin sabiq üzvünü göndərdi

Klubu millimizin sabiq üzvünü göndərdi
XƏBƏR 12 Mart 2018 / 21:17 4073
-  A +

Milli komandamızın sabiq üzvü Uğur Pamuk “Manisaspor”dan ayrılıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə PTT birinci liqa təmsilçisinin prezidenti Gökay Budak məlumat verib. Onun sözlərinə görə, iki futbolçu ilə qarşılıqlı razılıq əsasında yollar ayrılıb ki, onlardan biri Pamukdur:

“Uğur və Timur qardaşımıza komandaya xidmətlərinə görə təşəkkür edirəm. Hər ikisi ilə mədəni şəkildə danışdıq və onlara mövsümün sonuna qədər gənc futbolçularla mübarizə aparmaq istədiyimizi bildirdik. Bir-birimizi başa düşdük, razılığa gəldik. Onlara bundan sonrakı karyeralarında uğurlar arzulayıram”.

Qeyd edək ki, ölkəmizdə “Xəzər Lənkəran” və “Sumqayıt”ın formalarını geyinmiş hücumameylli yarımmüdafiəçi 2012-ci ildə milli komandamıza da dəvət alıb. O, yığmanın heyətində 1 oyun keçirib.
 

Daha çox


Son xəbərlər
20.09.18  16:56

Ramosdan antirekord