PSJ-nin prezidenti Braziliyaya gedir – Neymara görə

PSJ-nin prezidenti Braziliyaya gedir – Neymara görə
XƏBƏR 12 Mart 2018 / 19:16 6083
-  A +

Son vaxtlar dünya mətbuatında Neymar haqda yayılan xəbərlər PSJ-nin prezidenti Nasser Əl-Xəlafini özündən çıxarıb.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, qətərli iş adamı söz-söhbətə son qoymaq üçün yaxın günlərdə Braziliyaya gedəcək. Əl-Xəlafi əməliyyatdan sonra bərpa dövrünü vətənində keçirən Neymarı həm ziyarət edəcək, həm də gələcək karyerası ilə bağlı onunla ətraflı danışacaq. PSJ-nin sahibi klubla 2022-ci ilə qədər müqaviləsi olan braziliyalının yayılan xəbərlərlə bağlı fikrini öyrənəcək.

Qeyd edək ki, mövsümün əvvəlində 222 milyon avro qarşılığında “Barselona”dan transfer olunan Neymarın sabiq klubuna qayıtmaq istədiyi bildirilir. Digər iddiaya görə isə o, PSJ-yə qayıtmaq istəmədiyi və menecerliyini edən atasına “Real”la danışıqlara başlamasını istədiyini söyləyib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi