“Hava soyuq və yağışlı olsa da, meydanda gərgin mübarizə getdi. Düşünürəm ki, azarkeşlər yaxşı oyun izlədilər”.
Qol.az-ın məlumatına görə, “Kəpəz”in futbolçusu Dieqo Souza klubun saytına Topaz Premyer Liqasının 16-cı turunda “Keşlə”yə qarşı oyunu dəyərləndirərkən deyib.
O, matçın maraqlı alındığını bildirib: “Hər iki tərəf lazım olan nəticə qazanmaq üçün meydana çıxmışdı. Yaradıcı futbola üstünlük verməklə həm yaxşı oyun nümayiş etdirmək, həm də qələbə qazanmaq istəyirdik. Amma alınmadı. Rəqib fərqlənəndən sonra oyun dəyişdi. Məğlubiyyətdən qaçmağa çalışdıq. Qol vurmaq üçün bizim imkanlarımız daha çox oldu. Şansları boşa verdik. Futbolun acı tərəfi sənin 3-4 real qol epizodundan yararlana bilməməyinin qarşılığında rəqibin 1 vəziyyətdən düzgün istifadə etməsidir. Bu, futbolun yazılmayan qanunudur. Fərqlənmək üçün əlimizdən gələni etdik. Son nəticədə bəxtimiz gətirmədi. Komanda uğur qazanmırsa, yaxşı oyun göstərməyin mənası da olmur. Futbol nəticə oyunudur”.
Braziliyalı futbolçunun sözlərinə görə, komandanın hazırkı durumu azarkeşlər kimi onları da narahat edir və vəziyyətdən çıxış yolunu mütləq tapmağa çalışacaqlar: “İnanın ki, bu vəziyyət biz futbolçuları da məyus edir. İstər “Neftçi”, istərsə də “Keşlə” ilə görüşdə ümumilikdə götürsək, pis çıxış etmədik. Sadəcə, qol vura bilməməyimiz narahatlıq doğurur və bu amil nəticəyə təsir edir. Səylə məşq edirik, hazırlaşırıq. Məşqçilər də çatışmayan cəhətlərimiz üzərində bizi məşq etdirirlər”.
Dieqo öz oyunu haqda da danışıb: “Bu komandanın bir parçası olaraq uğura köklənmişəm. Yarımmüdafiəçi mövqeyində çıxış etdiyimdən həm hücumların qurulmasında, həm də müdafiə olunmaqda komanda yoldaşlarıma kömək edirəm. Meydanda bütün bacarığmı ortaya qoymaqla forma geyindiyim hər iki matçda maksimum şəkildə özümü göstərməyə çalışmışam. Nəticə müsbət olmayanda, kiminsə oyununu xüsusilə fərqləndirmək çətindir. Məğlubiyyəti yaşamaq ağırdır”.
O, komandanın baş məşqçisi Yunis Hüseynov barədə də fikirlərini bildirib: “Yunis müəllim işinin peşəkarıdır, böyük xarakterə malik əla məşqçidir. O, həmişə bizi yaxşı motivasiya edir. Yalnız meydançada yox, futboldan kənardada oyunçuların qayğısına qalır”.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı