Azərbaycanlı hücumçudan Portuqaliyada növbəti qol

Azərbaycanlı hücumçudan Portuqaliyada növbəti qol
XƏBƏR 16 Yanvar 2018 / 00:10 6461
-  A +

Portuqaliya II liqasının B divizionunda 16-cı turun oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Valeh Seyidovun çıxış etdiyi “Louletano” səfərdə “Montijo” ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yükunlaşıb.

V.Seyidov matçın 69-cu dəqiqəsində, komandası hesabda 0:2 hesabı ilə geridə olan zaman meydana daxil olub. 21 yaşlı hücumçu komandasının təsəlli qolunu vurmağı bacarıb. 

Qeyd edək ki, bu, Valeh Seyidovun Portuqaliya klubunda 2-ci qoludur.

Daha çox


Son xəbərlər