Aqolli komandadan ayrı məşq etdi

Aqolli komandadan ayrı məşq etdi
XƏBƏR 15 Yanvar 2018 / 17:10 1435
-  A +

"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir.
 
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, komanda 1 günlük istirahətin ardından bugündən etibarən məşqləri bərpa edib.

Ağdam klubu yerli vaxtla saat 11:00-da səhər məşqinə başlayıb. Təxminən 1 saat 20 dəqiqə davam edən hazırlıq fiziki yüklənməyə əsaslanıb. Zədəli Ansi Aqolli isə fizioterapivt çalışmaları altında fərdi məşqlə kifayətlənib.

Günün ikinci məşqi isə yerli vaxtla saat 17:00-a təyin olunub.

Daha çox


Son xəbərlər