Bu gün Topaz Premyer Liqada mövsümə yekun vurulub.
Qol.az-ın xəbərinə görə, mövsümün sonuncu -28-ci turunun bütün oyunları eyni gündə keçirilib.
Bu tur Avropa Liqasına vəsiqə verən 4-cü yerin sahibi bəlli olub.
“Zirə” səfərdə AZAL-la qarşılaşıb. 3:0 hesabı ilə qalib gələn Ayxan Abbasovun komandası turniri 4-cü pillədə başa vurub və Avroliqaya vəsiqə qazanıb.
"Kəpəz" isə üçüncü pilləni təmin edən "İnter"i qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.
Digər görüşdə isə turnirin gümüş mükafatçısı “Qəbələ” “Sumqayıt”ın qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Günün və mövsümün son oyununda isə ölkə çempionatının qalibi “Qarabağ” “Neftçi”nin qonağı olub və 2:1 hesabı ilə qalib gəlib.
29 aprel (şənbə)
Azərbaycan Premyer Liqası
28-ci tur
17:00. "Neftçi” – "Qarabağ” - 1:2
Qol: Dino Ndlovu, 47 (0:1), Ruslan Abışov, 61-avtoqol (0:2), İqnasio Herrera, 89 (1:2)
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Elman Musayev, Orxan Məmmədov
"Bakcell Arena
16:00. "Kəpəz” – "İnter” - 1:0
Qol: Dario Federiko, 49
Hakimlər: Rəhim Həsənov, Vüqar Bayramov, Azər Əsgərov, Ramil Əhmədov
Gəncə şəhər stadionu
16:00. "Sumqayıt” – "Qəbələ” - 2:1
Qol: Amil Yunanov, 27 (1:0), Mirabdulla Abbasov, 29 (2:0), Asif Məmmədov, 40 (2:1)
Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Elşad Abdullayev, Rauf Cabbarov
Sumqayıt. Şəhər stadionu
16:00. AZAL – "Zirə” - 0:3
Qollar: Elvin Məmmədov, 34, Milan Duriç, 54, Təmkin Xəlizadə, 83-pen
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Diniyev
"AZAL Arena”
Bombardirlər: Rauf Əliyev ("İnter") - 11 qol, Filip Ozobiç ("Qəbələ") - 11 qol, Dino Ndlovu ("Qarabağ") - 10 qol, Baqali Dabo ("Qəbələ") - 7 qol
PSJ hücumçusunu satdı
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!