“QARABAĞ” – ÇEMPİON!!!

“QARABAĞ” – ÇEMPİON!!!
PREMYER LİQA 16 Aprel 2017 / 20:18 18274
-  A +

Bu gün Topaz Premyer Liqada 26-cı tura yekun vurulub və çempionun adı rəsmiləşib.

Qol.az-ın xəbərinə görə, günün ilk matçın Gəncədə keçirilib. Bu turda çempionluq şansı az da olsa qalan “Qəbələ” "Kəpəz"lə matçda gözlənilmədən uduzub – 0:2.

Bu nəticə isə "Qarabağ"ın çempionluğu erkən bayram etməsinə imkan yaradıb. “Kəpəz” – “Qəbələ” oyunundan sonra Bakıda "İnter"lə üz-üzə gələn Ağdam klubu qalib gəlib və sona iki tur qalmış "Qəbələ" ilə xal fərqini 7-yə çatdırıb. Bununla da Qurban Qurbanovun komandası Azərbaycan futbolu tarixində ilk dəfə olaraq ardıcıl 4-cü çempionluğu bayram edib. Ümumilikdə isə bu, Ağdam klubunun 5-ci çempionluğu olub.



Topaz Premyer Liqası

26-cı tur

16 aprel (bazar)

 

18:30.“İnter” - “Qarabağ” - 0:3
Qol:
Mahir Mədətov, 4, Dino Ndlovu, 54, 78
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Rəvan Həmzəzadə
"İnter Arena"

16:00. “Kəpəz” - “Qəbələ” - 2:0
Qol:
Julien Ebah, 70, Dario Federiko, 90+4
Hakimlər: Ömər Paşayev, Nahid Əliyev, Vaqif Musayev, Rauf Cabbarov
Gəncə şəhər stadionu

15 aprel (şənbə)

Neftçi” – AZAL - 4:0
Qollar:
Zdenek Folbrext, 14, Daniel Soqavia, 17, İqnasio Herrera Fernandes, 35,Rəhman Hacıyev, 55

“Sumqayıt” – “Zirə” - 1:1
Qollar:
Mirabdulla Abbasov, 83 (1:0), Milan Duriç, 90+4-pen (1:1)



N Klublar O Q H M T-F X
1 Qarabağ 26 17 5 4 42-12 56
2 Qəbələ 26 13 10 3 43:16 49
3 İnter 26 11 10 5 36:28 43
4 Zirə 26 8 9 9 23-26 33
5 Sumqayıt 26 8 8 10 25-32 32
6 Kəpəz 26 7 9 10 21-26 30
7 Neftçi 26 9 2 15 23-40 29
8 AZAL 26 1 7 18 12-45 10


Bombardirlər:  Filip Ozobiç ("Qəbələ") - 11 qol, Rauf Əliyev ("İnter") - 9 qol,  Dino Ndlovu ("Qarabağ") - 9 qol, Baqali Dabo ("Qəbələ") - 7 qol,


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi