«Sovetski sport»un Azərbaycan restoranından reportajı: «Bizə niyə iki qol vurdunuz?»

XƏBƏR 30 Mart 2009 / 19:38 3961
-  A +

Rusiya - Azərbaycan oyununun üstündən iki gün keçməsinə baxmayaraq, hər iki ölkədə hələ də bu oyunun müzakirəsi gedir. Bu dəfə Qol.Az olaraq sizə fərqli bir yazı təqdim edəcəyik. “Sovetski Sport”un əməkdaşı E.Savoniçeva şənbə gününü stadionda yox, həmyerlilərimizə məxsus restoranda keçirib. Demə, ora iki azərbaycanlı dostuna görə gedən bu xanım 90 dəqiqə ərzində müşahidə etdiklərini sonradan qələmə alıb. İndi həmin yazını sizin də diqqətinizə çatdırırıq. Olduğu kimi, birbaşa E.Savoniçevanın dilindən.

“Şənbə günü, Moskvanın azərbaycanlılar işlədən “Sxodnenskoy” restoranına toplaşanlar Rusiya-Azərbaycan matçını izləyirdilər. Həmin gün Rusiya millisinin nadir oyunlarından biri idi kii, azərbaycanlılar Rusiya millisinə azarkeşlik etmirdilər. Mən də dostlarım Ruslan Məmmədov və Rövşən Əliyevlə birlikdə həmin restorandayam. Rusiyada doğulmuş 25 yaşlı iqtisatçı Ruslan özündən çıxır. O, komandasının oyunundan razı deyil. Axı, Azərbaycan millisi artıq ikinci topu öz qapısından buraxıb: “Bu nədir, nə hücumda kimsə var, nə də müdafiədə. Axı hara qaçırsınız? İndi üçüncünü vuracaqlar axı bizə. Ah, Azərbaycan necə də azad ölkədir. Niyə, axı bu ölkənin komandaları “İnter” və “Olimpik” adlanmalıdır?”.
Qeyd edim ki, Ruslanın atası Baki-Mosva reysində pilot işləyir. Ruslan mənim 5 illik dostumdur. Saneklə də həmçinin dostuq. Sanek rusdur və o, eyni zamanda Ruslanın da dostudur. Avropanın harasına gedirsə getsin, televizorun qabağından ayrılmır. Bəli, oyun gedir və Ruslan özünü saxlaya bilmir
- İstənilən halda Rusiyaya ayıb olsun.
Artiq Sanek qəzəblənir
- Niyə?
- Çünki ingilislərə qarşı oynaya bilmirsiniz, amma azərbaycanlılarla oyunda bunu yaxşı bacarırsınız. Yalnız bizim kiçik ölkəmizə qarşı meydançada qabiliyətinizi göstərə bilirsiniz.
Ruslanın cib telefonuna gələn zəng zamanı stadiondakı uğultunu duymamaq mümkün deyil. O isə həmyerlisi ilə telefonla danışdıqdan sonra arenada baş verənləri bizə də anladır.
- Bizimkilər hamısı tribunadadır. Azərbaycanda 7 milyon əhali var və onların 5000-i komandamızı dəstəkləmək üçün Moskvaya gəlib. Biletə pul verməyiblər. Yalnız 16 min rubl aviobiletə görə ziyana düşüblər. Əvvəllər burada yaşayan bizimkilərin sayı 4 milyon nəfər idi. İndi vətəndə yaxşı pul qazanmaq olar. Çünki iş yerləri var və hamı geri dönür. Hazırda Moskvada özbəklər bizdən çoxdur (gülür).
Rövşən Əliyev isə Moskvaya 16 il əvvəl gəlib. O vaxt artıq burada onun qardaşı yaşayırdı. Əliyev deyir ki, əslində valideynləri onu Moskvaya buraxmırdılar.
- Valideynlərim deyirdi ki, biz burada yaxşı qazanırıq. Başqa yerə getmək sizin nəyinizə lazımdır? Amma ittifaq dağıldıqdan sonra Moskvaya gələn tək biz deyildik.
Bu sözləri deyərkən belə Rövşənin gözləri televiziya manitorundan ayrılmır. O, oyunu izləməyində olsun, mən isə Rövşən haqqında onu deyim ki, o, Bakıdan 400 kilometr uzaqlıqda yerləşən bir rayonda anadan olub. Həmin rayon bir quşun adını daşıyır (Burada müəllif tovuz quşunu nəzərdə tutur və məlum olur ki Rövşən Tovuz rayonundandır-red). Azərbaycanlı dostum bizə Azərbaycan millisinin almaniyalı baş məşqçisi haqqında fikirlərini də deyir.
- Bizdə milli komandanın məşqçisisi ayaqqabı kimi tez-tez dəyişirlər. Almana kimi Azərbaycana braziliyalı biri də gəlmişdi (Karlos Alberto Torres nəzərdə tutulur). Həmin vaxtı biz ancaq hücum edirdik, indi isə ancaq müdafiə olunuruq. Braziliyalının dövründə ancaq hücum etdiyimiz üçün 0:5 hesabı ilə uduzmaq bizim üçün adiləşmişdi. Həmin vaxt bizimkilər sanki futbol yox, əl topu oynayırdılar. Görünür, bir ara ölkədə basketbolun inkişafa qədəm qoyması da bununla bağlı idi.

“Basketbol oynadı, sonradan yenidən futbola qayıtdı. Budur, həmin şəxs Azərbaycan millisinin mərkəz müdafiəçisidir” (Rəşad Sadıqov nəzərdə tutulur). Bu cümlə isə mənə yox Viktor Qusevə məxsusdur
Sözünü qurtaran Rövşən restoranda inzibatçı işləyən dayısına replika atır
- Hə, nə oldu Boris Borisoviç? İndi də Rusiyaya azarkeşlik edirsən?
Bu sözü o qəsdlə elə deyir. Əslində dayısının adı Bəhmən Bəhramovdur. Sadəcə dayısının bir anda ruslar tərəfə “keçməsi” onun xoşuna gəlmir.
- İlk qola qədər Azərbaycana azarkeşlik edirdi e, elə ki ruslar vurdu keçdi, onlar tərəfə.
U-u-u! Qonşu zalda rusiyalı kütlə hay küy salaraq şadlanır. Çünki Zryanov ikinci qolu Azərbaycanın qapısından keçirib. Azərbaycanlıların isə simasında qəzəb dolu üzüntü var. Hətta bir nəfər ardıcıl olaraq beşinci dəfə siqaret yandırır. Ruslan da həddindən artıq qəzəblidir
- Lixtenşteynlə oyunda almanlara azarkeşlik edəcəm. Ona görə ki, siz bizə qarşı şərəfsizcəsinə hərəkət etdiniz. Qol vurmağınızı başa düşdük. Amma nəyə görə iki dənə?!"

 


Son xəbərlər