Əliyar Ağayev "Latsio"nun oyununda

Əliyar Ağayev "Latsio"nun oyununda
XƏBƏR 17 Sentyabr 2018 / 12:23 4256
-  A +

Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Latsio” - “Apollon” oyununu idarə edəcək.

Ağayevə yan xətdə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcək. Rəhim Həsənovla Orxan Məmmədov əlavə köməkçi hakimlər olacaq. Dördüncü hakim funksiyasını isə Mübariz Haşımov yerinə yetirəcək.

Qeyd edək ki, görüş sentyabrın 20-də Roma Olimpiya Stadionunda keçiriləcək.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi