"Artıq istefa ərizəm qəbul olunub və komandadan tam ayrılmışam. Bundan sonra bir müddət istirahət etmək istəyirəm".
Bunu "Kəpəz"in baş məşqçi vəzifəsindən istefa verən Şahin Diniyev deyib. 51 yaşlı mütəxəssis Gəncə şəhər stadionunda "Səbail"ə 2:3 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XII tur matçından sonra paltardəyişmə otağında futbolçulara son sözlərini də diqqətə çatdırıb: "Onlara dedim ki, yeni baş məşqçiyə dəstək olun. Hazırda "Kəpəz" son pillədə olsa da, potensialı böyükdür. Sadəcə, yeni nəfəs lazımdır. Bu səbəbdən, komandadan ayrılıram".
Ata Diniyev "Kəpəz"də çıxış edən oğlu Kərim Diniyevin gələcək taleyinin onun özündən asılı olduğunu da vurğulayıb. O, övladının hər hansı təzyiqlə üzləşəcəyinə inanmadığını vurğulayıb: "Mənim istefamın Kərim Diniyevə heç bir təsiri olmamalıdır. O, peşəkar futbolçudur, yeni baş məşqçi də peşəkar insan olacaq. Bu baxımdan, Kərimə məhz mənim övladım olduğu üçün təzyiq göstərilməsi qeyri-mümkündür".
Ş.Diniyev "Kəpəz"ə kimin yeni baş məşqçi təyin olunacağından xəbərsiz olduğunu da açıqlayıb. O bildirib ki, yenidən Rusiyaya üz tutması gündəmdə deyil (sportnet.az).
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi