Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
“Qodinin Ndlovunu yıxdığı açıq-aydın görünür” – ispaniyalı hakim

Yazarlar
 Bizim Ansi
Aydın BAĞIROV
 Hərdən AFFA və PFL-ə yazığım gəlir
Aqil Abbas
 İkinci Rəşad olmayacaq
Nurlan İBRAHİMOV
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Qarabağ" - "Atletiko" - Şəkillər
Top 5
"Beşiktaş"dan növbəti qələbə, "Real" heç-heçə etdi
"Qarabağ"dan sensasiya - 10 nəfərlə "Atletiko"dan xal aldı
“Çelsi” – “Roma oyununda 6 qol, PSJ və “Barselona”dan qələbə
“Qodinin Ndlovunu yıxdığı açıq-aydın görünür” – ispaniyalı hakim
“UEFA-ya müraciət etməyə ehtiyac yoxdu” - Qurban Qurbanov
Linklər
525ci Qəzet

Azərbaycanlı molokan
[02.02.2017]

Şakir YAQUBOV

Fevralın 23-ü Anatoli Banişevskinin ad günüdür. Əvvəlki illərdə olduğu kimi, yenə 2-3 jurnalist, ölkənin futbol ictimaiyyətinin 10-15 təmsilçisi həmin gün ikinci Fəxri xiyabana yollanacaq, dahi futbolçunun məzarı başında ürək sözlərini söyləyəcək. Ənənəvi olaraq, kimi onu "Azərbaycanın futbol günəşi", bir başqası "Qol kralımız" adlandıracaq, dildən pərgar olan bir kimsə də deyəcək: "Banişevski kimi futbolçular yüz ildə bir yetişir". Eləcə guşənişin olmağı hər şeydən üstün tutan "obıvatel"lər isə xorla bildirəcəklər: "O, əsil bakılı idi, əsil azərbaycanlı idi və bütün ömrü boyu əsil bakılı, azərbaycanlı olaraq da qaldı"...

Geniş anlamda, bunların hamısı həm doğru, həm də şişirtmədir: Banişevskidən qabaq bizim dörd dəfə SSRİ çempionu adını qazanan, Azərbaycan futbolunun yetirmələri arasında ilk dəfə hamıdan qabaq Sovet İttifaqının yığma komandasında oynamağa dəvət alan, Milandakı məşhur "San-Siro" stadionunda İtaliya yığma komandasının qapıçısı Lorenso Buffonun qoruduğu qapıya – əfsanəvi "Milan" klubunun qapısına 25 dəqiqə ərzində 4 (dörd!) top vuran, "SSRİ-nin əməkdar idman ustası", "SSRİ-nin əməkdar məşqçisi" fəxri adlarına layiq görülən futbolçumuz vardı və elementar məntiqə görə, ən dəbdəbəli təriflər də onun ünvanına söylənməliydi. Lakin qəribə görünsə də, bizim üçün məhz həmin futbolçu deyil, 15 illik idmançı karyerası ərzində meydançanın rəqibə aid olan hissəsində "baş girləyən" və daim (!) həndəvərində iki "keşikçi" saxladan, eləcə buna görə minlərin ürəyindən tikan çıxaran sarışın "9 nömrə" Azərbaycan futbolunun ustalıq etalonuna dönüb. "Niyə"sinin sadə cavabı var: Banişevski futbolda nəyə nail ola bilibsə, hamısı gözümüzün önündə, BİZİM komandada baş verib; o, birinci dəstədə də BİZİM "Neftçi"ni təmsil eləyib, sovet futbolçuları arasında birinci olaraq "Marakana"da Braziliya yığma komandasının qapısına qol vuranda da! Və aydın məsələdir ki, belədə onun ünvanına "futbol günəşimiz", "qol kralımız", "yüz ildə bir yetişən yeganə futbolçu", "əsil bakılı, əsil azərbaycanlı" kimi təşbehlər işlədənlər qətiyyən səhv etmirlər!

Bununla belə, danılmaz bir həqiqət də var: Anatoli Banişevskinin uzun illər boyu nümayiş etdirdiyi oyundan yaranan təəssürat onun saysız-hesabsız pərəstişkarlarına o qədər valehedici təsir göstərmişdir ki, bu futbolçunun idman və idmandankənar həyatı ilə bağlı hər şey əsatir donuna bürünmüş, erkən cavanlıqdan tutmuş, futbolçu karyerasının qürub çağınadək yol verdiyi əyintilər, büdrəmələr, o cümlədən yaddaşlarda həmişəlik "9 nömrə" kimi qalacaq molokanın yaşıl meydançalarda çıxış etdiyi bütün dövr ərzində istisnasız olaraq MƏRKƏZ HÜCUMÇUSU mövqeyində oynamasına baxmayaraq, kifayət qədər yüksək məhsuldarlığa nail olmaması, indiki meyarlar baxımından yanaşsaq, ortabab dayaq yarımmüdafiəçi qədər (mən hələ milli çempionatlar səviyyəsində keçirdiyi 533 oyunda 193 dəfə fərqlənən hollandiyalı Ronald Kumanı – “anadangəlmə” MƏRKƏZ MÜDAFİƏÇİSİNİ demirəm!) top vurması da 60-cı illərin ortalarında bir göz qırpımında ucaldığı şöhrət Olimpindən onu endirə bilməmiş və elə bunun özü Banişevski mifinin əbədilik olaraq Banişevski həqiqətini üstələməsinə gətirib çıxarmışdır. Halbuki insan və futbolçu kimi Anatoli Banişevskinin həqiqi qiymətini verə bilmək üçün onu olduğu kimi, necə varsa eləcə tanımaq və tanıtmaq çox vacibdir. Özü də hansısa konyunktura xatirinə yox, FUTBOLUN özünün xətrinə!..

***

Anatoli Andreyeviç Banişevski Azərbaycanın futbol səmasında qəfildən peyda olan meteor idi: sürətlə axdı, parlaq işıq saçdı və özündən sonra dərin iz qoyaraq söndü. Özü də elə bir iz ki, onu nə insan yaddaşından, nə də futbol tarixindən silmək mümkün olacaqdır.

O, adi – öləri insan və qeyri-adi istedad idi. İnsan kimi sahibi olsa da, istedad kimi yiyəsiz idi. Bu mənada mən onun 90-cı illərin əvvəllərində dilə gətirdiyi "Kaş dünyaya 25 il gec gələydim – insan kimi yaşamaq, özünü azad hiss etmək, heç kəsdən çəkinmədən ürəyindən keçənlə məşğul olmaq üçün” - arzusuna haqq qazandırıram. Çünki XX əsrin 90-cı illərində 25 yaşlı Banişevskinin, məsələn, Milan "İnter"ində, “Yekədiş” Ronaldonun yerində oynamayacağına fələyin özü də yüz faiz əminliklə "yox!" – deyə bilməzdi yəqin. Öz dövründə isə bizim hamımız – o cümlədən Banişevski də – onun nadir istedadının qəsdinə durmuşduq və hər birimizdən daha çox onun özü həmin istedada qənim oldu...

***

... Bir anlığa göz önünə gətirin. 1991-ci ilin avqust ayının əvvəlləridir. SSR İttifaqını təşkil edən müttəfiq respublikaların hamısı kimi Azərbaycan da adının böyründəki “sovet sosialist” sözbirləşməsiylə artıq vidalaşıb; Rusiya Federasiyası SSR İttifaqı tərkibində suverenliyini elan edərək ümumxalq səsverməsi yoluyla özünün ilk prezidentini seçib; Baltikyanı respublikalar SSRİ-nin tərkibindən çıxdıqlarını bir ildən çoxdur ki, konstitusiyalarında təsbit eləyiblər; sovet dönəminin ən ünlü gürcü dissidenti, indi isə Gürcüstan dövlətinin prezidenti olan Zviad Qamsaxurdia Moskvanın təkidli çağırışlarına məhəl qoymayaraq SSRİ prezidenti ilə görüşə getməkdən inadla boyun qaçırır... Bütün bunlara baxmayaraq, İttifaq dövləti, onun bütün atributları hələ qalmaqdadır, təxminən 70 il mövcud olmuş imperiyanın cəmi-cümlətanı beş aydan sonra tarixin arxiv səhifəsində yaşamağa məhkum olunacağını proqnozlaşdırmaq da təbii ki, asan iş deyildir. Amma hər halda nəhəng imperiya məkanında cərəyan edən proseslər “sonun əvvəli”nə aşkar işarədir. Bax, elə bu günlərdə hələ cavan olan (cəmi 45 yaşı var!), lakin zahirən azı 60 yaşlı qocanı xatırladan Anatoli Andreyeviç Banişevski unudulmaz həmkarımız Adil Qaçayoğluna “Ülfət” qəzeti üçün müsahibə verir: “Mən siyasətbazlığı öz ləyaqətimdən aşağı sayıram, siyasətlə həqiqi mənada məşğul olmaq isə mənim imkanlarımdan xaricdir. Amma qanlı yanvar günlərində ürəyimdən bir hiss keçdi: “Bu çətin dövrdə hətta məni qovan da olsa, Bakıdan getməyəcəyəm”. Heç kəsə deməmişəm, indi sizə deyirəm: hətta bir gün Azərbaycan SSRİ-dən ayrılsa, mən yenə də bu respublikanın vətəndaşı olaraq qalacağam... Kiminsə xoşuna gəlmək üçün demirəm: mən Azərbaycanın çörəyi ilə böyümüşəm, elə xaraktercə də azərbaycanlıyam... Mən “Neftçi”ni ölkədə heç bir kluba, Bakını isə heç bir şəhərə dəyişməmişəm, dəyişmərəm də. Mən köklü bakılıyam: burada doğulmuşam, burada da öləcəyəm..."

***
“Dnepr”in qapısına vurduğu sonuncu qoldan sonra isə A.Banişevski Moskvada nəşr olunan və uzun illər ərzində keçmiş SSRİ məkanındakı qəzet köşklərində əl altından satılan “Futbol-Xokkey” həftəliyinin müxbirinə demişdi: "Dnepr"lə matçda yüzüncü topumu vurdum və "Neftçi" "Qriqori Fedotov klubu"na daxil oldu. Yox, mən səhv etmirəm: "Neftçi" deyiləndə həmişə öz doğma komandamızı nəzərdə tuturam. Mən bu komandada böyüyüb boya-başa çatmışam, onunla fəxri kürsüyə qalxmışam, onunla güclülər dəstəsini tərk etmişəm və yenə də bu dəstəyə qayıtmışam. Oynamağı qurtardıqdan sonra, əlbəttə ki, "Neftçi"nin qızğın pərəstişkarı olacağam".

Məşhur rus və sovet jurnalisti, həmin “Futbol-Xokkey” (“Futbol”) həftəliyinin redaktoru olmuş Lev Filatov da 80-ci illərin ortalarında yazırdı: "Banişevski bu günədək bakılıdır; nə Moskvayla, nə Kiyevlə, çempion olan heç bir klubla onu şirnikləndirə bilmədilər. O, yığma komandaya da Bakı meyarları ilə gəlirdi, hey təəssüflənirdi ki, doğma klubda olduğu kimi, Edik Markarovla bir yerdə oynamaq ona qismət olmur. Belədə nə deyəsən? Hər kəs ürəyinin hökmünə tabe olur. Gözəl bakılı hücumçular Ələkbər Məmmədov və Yuri Kuznetsov daha çox Moskva "Dinamo"sunda şan-şöhrətə yiyələndilər. Markarov da "Ararat"a keçdi və orada çempion oldu. Banişevski heç yana getmədi. Hökm verməyin mümkün olmadığı bir vəziyyətdir: klubuna və doğma şəhərinə tərifəlayiq sədaqətlilik göstərilir və güman etmək olar ki, istedad da buna qurban verilir. Hərçənd biz indi deyə bilmərik ki, Moskvada və ya Kiyevdə Banişevskinin taleyi necə olacaqdı? Yalnız mücərrəd şəkildə, bəxtəbəxt güman etmək olar ki, yaxşı olacaqdı. Hücumçu kimi. Bəs insan kimi?

...Bakı xeyli yaxşı ustalar yetişdirmişdir. Lakin təkcə Banişevski bütün qollarını özünün cavanlıq çağlarının klubunda oynayarkən vurmuşdur; o, üstüstə bütün bakılılardan daha çox öz şəhərini ölkənin yığma komandasında təmsil etmişdir".

Biz Ələkbər Məmmədovla haqlı olaraq fəxr edirik. Amma çox vaxt belə bir fakta da göz yumuruq ki, Ələkbər Əmiroviç futbolda bütün uğurlarını "Neftçi"dən kənarda qazanıb və məhz Azərbaycandan kənardakı nailiyyətlərinə görə futbol salnamələrinə düşüb. Kim deyə bilər ki, Banişevski də – bizimki olaraq qala-qala! – kənarda daha yüksək uğurlara sahib olmayacaq, Azərbaycan futbolunun adına daha artıq şöhrət qazandırmayacaqdı?! Axı təbiətən Banişevski Azərbaycanın hesabına şöhrət Olimpinə yüksələn və sonra da Azərbaycana arxa çevirən namərdlərdən deyildi. Və yəqin ki, o da elə Ələkbər müəllim kimi, dünyanı gəzib dolaşandan sonra yenə son sığınacağı-nı doğma Bakısında tapacaqdı!

Banişevski Azərbaycan futbolu üçün doğulmuşdu; ömrünü, sağlamlığını Azərbaycan futbolu naminə qurban vermişdi; sonucunu da Azərbaycan futboluna vəsiyyət etmişdi: “Başıma bir iş gəlsə, AFFA-ya xəbər verərsiniz” – demişdi!..

Və bu məqamda da Banişevski qanı qanımızdan, soyadı soyadımızdan olan neçə-neçə azərbaycanlıya İnsanlıq, Vətəndaşlıq dərsi vermişdi!..



***

Lev Filatovun “Hücumçular” kitabında (Moskva, 1986) dərc olunmuş Banişevski haqqında essedə qeyd edildiyi kimi, "İstedadlı hücumçunun çəlpəşik taleyi (...) təkcə onun özünə məxsus deyildir. Bu taleyə bəzək-düzək vurmağa da ehtiyac yoxdur. Yuxuya getməzdən qabaq futbol rəşa-dətləri göstərməyi arzulayan oğlan uşaqlarının isə bu tale barədə qısaca da olsa, xəbər tutması pis olmazdı".

Banişevski əfsanəsi və Banişevski həqiqəti haqqında “Banişevski olduğu kimi” adlı kitabımı mən də elə bu məqsədlə yazdım və 2002-ci ilin fevralında AFFA-nın dəstəyi ilə 1000 nüsxə tirajla nəşr etdirdim. (Yeri gəlmişkən, həmin kitabın 600 nüsxəsi bu gün də yaşadığım mənzilin daimi “sakini”dir...)

***

... Banişevskinin doğum günü... Sağ qalsaydı, bu il cəmi-cümlətanı 71 yaşını qeyd edərdi. Təəssüf ki, əfsanəvi "9 nömrə"miz indi təkcə qədirbilən insanların xatirələrində yaşayır. Eyni zamanda bu da bir təsəllidir ki, bizim bu günlərimizdə ədalətsiz zəmanənin ədalətsizliklərini görməməyə də dəyər: çoxdandı fikir verirəm ki, sovet futbolunun tarixindən ağızdolusu danışanlar heç yerdə, bircə kərə olsa da, Anatoli Banişevskinin adını çəkmirlər. Hərçənd... bunun da izahını tapıram: sovet futbolunu indi rus futbolu kimi təqdim edirlər, Banişevski isə heç vaxt rus futbolunda oynamamışdı. O, anadangəlmə Azərbaycan futbolçusuydu və Azərbaycan da birmənalı şəkildə etiraf etməlidir ki, bütün meyarlar baxımından XX ƏSRDƏ BU TORPAQDA YETİŞƏN ƏN BÖYÜK FUTBOLÇU ELƏ BANİŞEVSKİ OLUB.

Banış...

Banya...

Tolik...

Anatoli Andreyeviç...

Sadəcə, BANİŞEVSKİ!!!

İstedadın ərköyünlüyünün qurbanı olan dahi "9 nömrə"miz!..

Şakir YAQUBOV

4541 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
06.03.2017  13:42 Bakıdan... Tuluzayacan
30.11.2016  12:19 Heydər Əliyevin təmiz qələbəsi və ya “Neftçi” haqsız cəzadan necə qurtuldu...
 
 
  20.10.17
02:43
  "Səbail" "İnter"ə qarşı - Yenilənir
02:23
  "Zenit", "Latsio", "Arsenal" və "Styaua"dan maksimum nəticə
02:00
  "Nitsa" - "Latios" matçında 4 qol - Video
01:42
  “Benzema “Real”da çox xoşbəxtdir”
01:28
  "Herta" Ukraynada xalsız qaldı - Video
01:11
  "Arsenaı"dan çətin qələbə - Video
00:59
  Məhkəmə Neymarı cərimələdi
00:33
  Əliyar Ağayev erməni futbolçunu cəzalandırdı - Video
00:17
  “Sumqayıt” “Zirə” ilə oyuna hazırlaşır
00:00
  “Zenit” rəqib tanımır - Video
  19.10.17
22:55
  Əmrə Mor sıradan çıxdı
22:20
  "Astana"dan böyükhesablı qələbə - Video
22:00
  Cüdoçumuz dünya çempionu oldu
21:30
  Messi və Pike arasında qalmaqal
20:55
  Robben “Bavariya”dan ayrılır?
20:25
  Bakka “Milan”ı tənqid etdi
19:50
  İbrahimoviç geri döndü
18:37
  "Beşiktaş"ın hücumçusuna 2 oyunluq cəza
18:10
  Bədavi ən azı 3 həftə oynamayacaq - "Qarabağ"dan açıqlama
18:00
  Azərbaycanlı uşaq Qrizmannı belə təəccübləndirdi - Video
17:39
  UEFA ÇL-in rəmzi komandasını açıqladı
17:20
  "Kəpəz"də ciddi itki
17:11
  "Atletiko" Bakıdan qayıdan kimi məşqlərə başladı - Şəkillər
16:52
  "Neftçi" "Kəpəz"lə oyuna hazırlaşır - Video
16:40
  "Qəbələ" boksçuları Ukrayna kanalında - Video
16:31
  Rəşad ÇL-in rəmzi komandasında
15:50
  "Nyukasl" üçün xanım müştəri
15:15
  Hafiz Məmmədov “Qarabağ”ı təbrik etdi - Video
15:07
  “Ndlovunun epizodu ilə bağlı UEFA-ya fikrimizi bildirəcəyik” – Elxan Məmmədov
14:58
  “Biz özümüzü gec-tez göstərməliydik” – Şehiç
14:36
  Avroliqanın oyunları Etopaz-da
14:07
  İstanbul derbisi Çakıra tapşırıldı
13:45
  "Qarabağ" irəlilədi - UEFA-nın reytinqi
13:09
  Kasilyasın rekordunu yenilədi, ÇL-in ən gənc qapıçısı oldu
12:48
  “Qarabağ” nə qədər qaçdı, nə qədər ötürmə etdi? – oyunun statistikası
12:31
  Avroliqanın oyunları bu kanallarda - siyahı
12:10
  ÇL-in ən yaxşısı kim olacaq? - namizəd futbolçular
12:02
  Messidən avrokuboklarda 100-cü qol
11:46
  "Bizim qrup çox güclüdür" - Qabi
11:10
  "Mançester Yunayted"in səfər qələbəsi - Video
10:55
  "Qarabağ"a yenə haqsızlıq edildi" - Oğuz Çətin
10:33
  "Qarabağ" Azərbaycanın xalını artırdı - UEFA reytinqi
10:15
  “2 epizoddan birində penalti var idi” – Mahir Mədətov
10:06
  "Qardaş "Qarabağ" tarix yazdı" - Türkiyə mediası
09:50
  "Barselona" 3 xalı 3 qolla qazandı - Video
09:41
  "Qarabağ" - "Atletiko" - Şəkillər
02:00
  "Həmişə belə oynasaq, heç nə edə bilmərik" - Felipe Luis
01:20
  Londonda futbol şousu - Video
00:55
  “Çelsi” – “Roma oyununda 6 qol, PSJ və “Barselona”dan qələbə
00:25
  “Qodinin Ndlovunu yıxdığı açıq-aydın görünür” – ispaniyalı hakim
00:10
  "Qarabağ"dan belə oyun gözləmirdik" - Qrizmann
00:01
  "Qarabağ"a oyunçu kimi lazımam" - Rəşad Sadıqov
  18.10.17
23:40
  "Şehiç bu gün mağazanı bağlamışdı" - Kuba
23:12
  “UEFA-ya müraciət etməyə ehtiyac yoxdu” - Qurban Qurbanov
23:08
  "Qarabağ" dünyanın ən güclü klublarına qarşı oynamağa qadirdi" - Tahir Gözəl
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore