Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Video
DÇ-2018
 
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Layihə
Haqqımızda
Reklam
Əlaqə
Sabiq "Qarabağ"lı Polşa klubunda

Yazarlar
 Vicdan məsələsi
Aydın BAĞIROV
 “Futbol dünyası”ndan... “Futbol dünyası”na qədər
Şakir YAQUBOV
 Futbol, bazar, qovhaqov...
Səbuhi MƏMMƏDLİ
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
Fotoreportaj
Bütün 
Mükafatlandırma mərasimindən şəkillər - DÇ-2018
Top 5
Klublarımızın yay transferləri - Yenilənir
Fransa ikinci dəfə dünya çempionu oldu
“Almeyda formada deyil” – Qriqorçuk
Ronaldo Turində - Şəkil
“Sevilya”nın baş məşqçisi "Neftçi"nin oyunundan danışdı
Linklər
525ci Qəzet

Heydər Əliyevin təmiz qələbəsi və ya “Neftçi” haqsız cəzadan necə qurtuldu...
A A A

[30.11.2016]
Heydər Əliyevin təmiz qələbəsi və ya “Neftçi” haqsız cəzadan necə qurtuldu...

2001-ci il sen­tyabr ayının ilk günlərində Moskvada çıxan "Sport-Ekspress" qəzeti arxiv sənədlərinə əsaslanaraq, SSRİ çempionatı-71-in 28-ci turu çərçivəsində keçirilmiş OİK (Rostov) - “Neftçi” matçı barədə geniş təhqiqat materialı dərc etmişdi. Müəllifin (Aksel Vartanyan) kimliyindən öncə, yazının futbol tariximiz, o cümlədən ayrı-ayrı idmançıların (məsələn, A.Banişevskinin) futbolçu taleyi baxı­mından maraq doğurduğu üçün  mən  həmin materialı nöqtə-vergülünə əl dəymədən “BANİŞEVSKİ OLDUĞU KİMİ” kitabıma (Bakı, 2002) daxil etmişəm.

Oxucular üçün maraqlı olacağını və aktuallığını nəzərə alıb onu bu gün oxuculara ayrıca olaraq təqdim etməyi də lazım bildim...

***

“70-ci illərin əvvəllərində Bakıda çox maraqlı, perspektivli bir komanda mövcud idi. Kramarenko (Dmitrinin atası Sergey), Bruxti, Semiqlazov, Quliyev, Mirzoyan, Hacıyev, Tuayev, Bani­şevski, Smolnikov, Şevçenko  İttifaqın müxtəlif yığma komandalarına cəlb olunur­du­lar. Zaqafqaziyanın (Cənubi Qafqazın - Ş.Y.) bütün koman­da­ları kimi, bakılılar da qeyri-adi, bəzən də gərəksiz emosionallıq və temperamentləri ilə seçilirdilər. Bir dəfə isə bu, az qala, faciəyə gətirib çıxarmışdı.

... 1971-ci il oktyabrın 8-də "Neftçi" Rostovda yerli OİK-lə çempionatın təqvim matçını keçirirdi. Birinci hissədən sonra qonaqlar 1:0 hesabıyla irəlidə idilər. İkinci hissənin ortalarında meydan sahibləri bir dəqiqənin içində dalbadal iki qol vurdular.

Elə ikinci qoldan sonra Futbol Federasiyasının oktyabrın 22-də keçirilmiş iclasında idman-texniki komissiyanın sədri Boris Toporninin aşağıda təsvir etdiyi hadisə baş verdi: "Hakimlikdən narazı qalan Kramarenko ikinci qolu buraxdıqdan sonra yum­ruq­larını düyünləyərək hakim Y.Balıkinin üstünə cumdu və onun sifətinə iki zərbə endirdi. Müdafiəçi Quliyev nümayişkaranə şə­kildə topu tribunalara vurdu və buna görə xəbərdarlıq aldı. Mü­dafiəçi Mirzoyan Kramarenkoyla münaqişə zamanı meydandakı hakimə havadarlığa gələn yan xətt hakiminin üzünə tüpürdü. Ko­mandanın kapitanı Banişevski isə oyunçuları meydançanı tərk etməyə çağırdı".

Rostovdakı hadisəni araşdıraraq, federasiya görünməmiş, hu­ma­nist sovet ədalət mühakiməsi üçün son dərəcə sərt bir qərar çıxardı: Kramarenko üç illiyə diskvalifikasiya olundu, Quliyev də bir illiyə (eləcə topu tribunalara vurduğu üçün! Halbuki biz­də bu hərəkətə görə "sarı vərəqə"ni də nadir hallarda göstərir­dilər); Mirzoyan isə 1972-ci ilin birinci dövrəsinin sonuna qədər cəzalandırıldı. İlk iki futbolçunun idman ustası adını da aldılar. "Neftçi"ni isə heç nədən "güllələnməyə" məhkum etdi­lər: qalan üç oyun üçün (29-30-cu turun oyunları, habelə "Pax­ta­kor"la yenidən oynanılmalı matç nəzərdə tutulur - Ş.Y.) tex­niki məğlubiyyət verib komandanı aşağı dəstəyə keçmək məcburiyyəti qarşısında qoydular. Üç oyunçunun hərəkətinə görə bütün komandanı cəzalandırdılar: qaydaları pozmayan futbolçu­ları da, oyunda iştirak etməyənləri də! Bu halda federasiya "pro­kurorları" qanunu pozmuş futbolçuları cəzalandırarkən sağ­lam düşüncəyə deyil, emosiyalara üstünlük vermişdilər. Gö­rün­məmiş, cəfəng, qeyri-qanuni qərardı - yol verilmiş hərəkətlərə görə belə cəza növü çempionat haqqında əsasnamədə nəzərdə tutulmamışdı. Buna görə "Futbol-Xokkey" həftəliyinin redak­toru Lev Filatov qətiyyətlə federasiyanın özbaşınalığına qarşı çıxdı. Rəyasət heyətinin üzvləri S.Savin, V.Nekrasov, L.Neru­şen­ko və V.Osipov da onu dəstəklədilər.

Ona təəssüf etmək qalır ki, futbol rəhbərləri araşdırma zamanı Bakı komandasının rəisi Kamal Axundovun dediyi aşa­ğıdakı sözlərə məhəl qoymadılar: "Komandadan getmək fikrin­dəyəm. Həm də, tutalım, Kramarenko və ya Quliyevi tərbiyə­lən­dirməyə gücüm çatmadığına görə yox, bizdə futbolun ətra­fında hökm sürən ab-havaya görə..."


"Neftçi"nin məşqi, 1971-ci il


Mətbuatda və Futbol Federasiyasının iclaslarında bakılı fut­bol­çu­ların ünvanına xeyli sərt və xoşagəlməz sözlər söylən­miş­di, lakin heç yerdə onları müəyyən addımlar atmağa sövq edən səbəblər yada salınmamışdı. KİV-də onlara söz demək imkanı verməmişdilər, Futbol Federasiyası iclasının protokollarında (Ru­si­ya Federasiyasının Dövlət Arxivində saxlanılır) Krama­renko, Quliyev və Mirzoyanın izahatları əksini tapmamışdır.

Bir neçə il qabaq mən Rostov matçında baş vermiş hadisələr barədə Sergey Kramarenko, Rafiq Quliyev və Aleksandr Mirzo­ya­nı sorğu-suala tutdum. Eşitdiklərimi bu qaydada ümumi­ləş­dirmək olar:
Oyuna qədər və oyun vaxtı əsəbi vəziyyət yaranmışdı: məğ­lub olacaqları təqdirdə meydan sahibləri güclülər dəstəsini tərk edəcəkdilər. Kramarenkonun qapısı arxasında dayanan naməlum adamlar onun fikrini yayındırır, təhqir edirdilər, ona daş atırdı­lar. Qapıçıyla müdafiəçi Quliyev dəfələrlə hakimin diqqətini bu biabırçılığa yönəltsələr də, o, heç bir reaksiya verməmişdi. Və budur, meydan sahibləri cavab topunu vururlar. Bakılılar oyuna mərkəzdən başlayırlar, OİK-in oyunçusu Serostanov isə mey­dan­çanın qonaqlara aid olan hissəsində qalır. Hakim qayda pozuntusuna diqqət yetirmir. Meydan sahibləri dərhal topu ələ keçirib Yeskova ötürürlər. O, qapıya yaxınlaşıb qüvvətli zərbə endirir. Kramarenko topu qaytarır, lakin hücuma yardımçı olan Se­rostanov (o, necə deyərlər, kişi kimi "yad ərazi"ni tərk etməmişdi) təkrar zərbəylə topu qapıdan keçirir (Ədalət naminə qeyd etmək lazımdır ki, "Neftçi"nin qapısına vurulmuş ikinci qolun müəllifi B.Serostanov yox, V.Çurkin olmuşdu - Ş.Y.). "Neftçi"nin futbolçuları hakimin səhv etdiyini ona başa salmağa çalışırlar, Balıkin isə inadından dönmür. Buradaca onsuz da hədsiz dərəcədə tarıma çəkilmiş əsəblər davam gətirmir...
Sergey Kramarenko təqsirkar olduğunu gizlətmədi, eləcə yal­nız özünün barəsində çıxarılmış hökmün sərtliyindən gileyləndi. Qapıçı haqlı idi. Bu cür pozuntulara görə bizdə belə sərt cəza vermirdilər. Məsələn, 85-ci ildə moskvalı hakim Kirill Doronini "nokdauna göndərən" Odessa "Çernomorets"inin hücumçusu İvan Şarini cəmi on oyunluğa diskvalifikasiya etmişdilər...



Sergey Kramarenko

... Dörd gündən sonra - oktyabrın 26-da Futbol Federasi­ya­sının qərarı barədə məlumat mətbuat orqanlarına daxil oldu.

Ertəsi gün Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri Sergey Pavlov MK-ya (Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinə - Ş.Y.) müfəssəl məlumat yolladı. Bakı futbolçularının son üç ildəki bütün xətalarını birər-birər sadala­dıq­dan və Rostov stadionundakı münaqişədən ağızdolu bəhs edən­dən sonra o yazırdı:

"SSRİ Futbol Federasiyası rəyasət heyətinin qərarına yenidən baxılması barədə Azərbaycan KP MK-nın (yol. Kozlov) xahişi ilə əlaqədar (Moskvanın təmsilçisi olan V.Kozlov o vaxt Azər­baycan KP MK-nın ikinci katibiydi - Ş.Y.) Komitənin rəhbərliyi aşağıdakı təklifləri SSRİ Bədən Tərbiyəsi və İdman Komitə­si­nin bu il oktyabrın 29-da keçiriləcək kollegiya iclasının müzaki­rə­sinə çıxarmağı nəzərdə tutur:

- "Neftçi" (Bakı) komandasının diskvalifikasiya edilməsi ba­rə­də SSRİ Futbol Federasiyası rəyasət heyətinin qərarından da­ha əvvəl təyin olunduğu üçün "Neftçi" (Bakı) komandasının "Pax­takor" (Daşkənd) komandası ilə oyununun yenidən keçiril­məsinə icazə verilsin;

- "Zenit" (Leninqrad) və "Dinamo" (Moskva) komandalarıyla qa­lan oyunlarda "Neftçi" (Bakı) komandasına məğlubiyyət veril­sin;

- ədəbsiz davranışa, dəfələrlə qaydaları pozmağa, meydan­ça­da kobudluğa, hakimlərlə mübahisə etməyə və hakimləri təhqir etməyə görə oyunçular V.Hacıyev, S.Kramarenko, R.Quliyev, A.Mirzoyan və V.Semiqlazov cəzalandırılsınlar;

- oyunu pozmağa cəhd göstərdiyinə, idmançıya və koman­da­nın kapitanına yaraşmayan davranışına görə A.Banişevski bir il müddətinə diskvalifikasiya edilsin;

- Azərbaycan SSR Bədən Tərbiyəsi və İdman Komitəsinə tapşırılsın ki, komandanın heyətinə intizamlı gənc futbolçuları daxil etməklə, onu yenidən təşkil etsin, kapitanını və rəh­bər­liyini yenidən seçsin;

- Azərbaycan LKGİ MK (Lenin Kommunist Gənclər İttifa­qının, yəni komsomolun Mərkəzi Komitəsi - Ş.Y.) ilə birlikdə "Neftçi" (Bakı) komandasında tərbiyə işi barədə xüsusi məsələ müzakirə etsin.
SSRİ Bədən Tərbiyəsi və İdman Komitəsi hesab edir ki, yalnız belə tədbirlər "Neftçi" komandasına və respublikanın id­man təşkilatlarına xuliqanlığın, komandadakı hərc-mərcliyin, mə­suliyyətsizlik və cəzasızlıq şəraitinin kökünü kəsmək üçün tə­sirli və səmərəli ölçü götürməyə imkan verər.
"Neftçi" (Bakı) komandası barədə belə ölçü götürülməsi di­gər komandalarda da vəziyyəti xeyli dərəcədə sağlam­laş­dıra­caqdır.

Razılıq verməyinizi xahiş edirik".

Sonuncu sətirlərə əsasən güman etmək olar ki, qeyri-sağlam vəziyyət digər komandalarda da hökm sürürmüş, lakin onlara qarşı cəza tədbirləri tətbiq edilməmişdi. Bir komandanı məhv etməklə qalanlarını da ölüncəyədək qorxutmaq, bir gülləylə futbolda qayda-qanun yaratmaq daha asan idi.
Bir neçə gün ötəndən sonra Pavlovun aqressiv qətiyyətindən əsər-əlamət də qalmamışdı.
Oktyabrın 30-da mətbuatda ("Sovetski sport" qəzetində - Ş.Y.) "Neftçi" komandası barədə aşağıdakı məzmunda daha bir in­for­masiya peyda oldu: “Azərbaycanın Bədən Tərbiyəsi və İdman Komitəsinin təqsirkarları ciddi cəzalandırdığını və "Neftçi" ko­man­dasında intizamı möhkəmləndirmək, onu yenidən təşkil et­mək üçün ölçü götürdüyünü qeyd edərək, habelə "Neftçi" komandasında vəziyyəti sağlamlaşdırmaq üçün əlavə tədbirlər gö­rüləcəyi barədə respublikanın Bədən Tərbiyəsi və İdman Ko­mitəsinin, digər təşkilatların vədlərini nəzərə alaraq, SSRİ Bə­dən Tərbiyəsi və İdman Komitəsinin kollegiyası Bakı futbol­çularına çempionatın qalan oyunlarını keçirməyə icazə verməyi mümkün hesab etmişdir".

Çox qısa, dörd günlük müddət aralığında Bədən Tərbiyəsi və İdman Komitəsinin belə qeyri-ardıcıl, ziddiyyətli addımları nə ilə izah oluna bilər? Bu sualın cavabı "Məxfidir" qrifli sənəddə əksini tapmışdır. Həmin sənəddən xırda bir parçanı sitat gəti­rirəm. Partiya MK-sı təbliğat şöbəsinin bölmə müdiri B.Qon­çarov və onun müavini Y.Sklyarov Sov.İKP MK-ya aşağıda­kı­ları bildirmişdilər:

"... 1971-ci il oktyabrın 29-da Azərbaycan KP MK (yol. H.Ə.Əliyev) xəbər vermişdir ki, respublika komitəsi (yəni Bədən Tərbiyəsi və İdman Komitəsi - Ş.Y.) intizamsız futbolçular barə­də ciddi ölçü götürmüş və "Neftçi" komandasına məğlubiyyət verilməməsi barədə vəsatət qaldırmışdır. H.Ə.Əliyev yoldaş, həmçinin, Sov.İKP MK-ya məlumat vermişdir ki, Bakı koman­dasının diskvalifikasiyası barədə SSRİ Futbol Federasiyasının qərarı ilə əlaqədar respublika əhalisinin bir qismi, xüsusən gənclər arasında ciddi narazılıqlar yaranmışdır ki, bu da arzu­olunmaz nəticələrə gətirib çıxara bilər. Onun məlumatına görə, Neft Daşlarının bəzi fəhlələri etiraz əlaməti olaraq, işə başla­maq­dan boyun qaçırmışlar.

Sov.İKP MK-nın tövsiyəsinə uyğun olaraq, SSRİ Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsi "Neftçi" komandasına 1971-ci il çempionatının qalan oyunlarını keçir­məyə icazə vermişdir...”

Ah, bu Əliyev! Sistemin ağrılı nöqtələrini əla bilən təcrübəli siyasətçi həmin nöqtələrə bacarıqla təsir etdi. Neftçilərin baş­lan­maqda olan tətili, əhalinin “arzuolunmaz nəticələrə gətirib çı­xara bilən” narazılığı - səhərdən-axşamacan rejimi ifşa et­məklə məşğul olan “düşmən səslər” (xarici radio stansiyaları - Ş.Y.) üçün bunlar necə də ləziz təam olardı! Çətin vəziyyətə düşən “böyük qardaş” hövlnak əlini yerə döyməyə məcbur oldu. Heydər Əliyev təmiz qələbə qazandı!

... Biz partiya bosslarının ölkənin idman həyatına kobud müdaxilələrini yorulmadan ifşa edirik. Bu misal - “Neftçi” ilə bağlı əhvalat həmin sırada istisnalıq təşkil edir. Azərbaycanın kommunist rəhbərinin münaqişəyə vaxtında müdaxilə etməsi ədaləti bərpa elədi".

***

Vəssalam! Bu da XXI əsrin ilk ilində erməni müəllifin Moskva mətbuatında etirafı. Bu mövzuda daha artıq nə demək olardı ki?!. Yalnız əlavə olaraq onu söyləyək ki, həmin 71-ci il mövsümünün yekunlarına əsasən “Neftçi” güclülər dəstəsinin 16 komandası arasında 9-cu yeri tutmuşdu...

Şakir YAQUBOV


Redaksiyadan:
Yazıdakı şəkillər "Neftçi" - 70. Unudulmayan keçmiş. 1937-2007" kitabından götürülüb

6208 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
07.06.2018  15:31 “Futbol dünyası”ndan... “Futbol dünyası”na qədər
14.05.2018  11:31 Bir az dərindən düşünsək...
14.02.2018  13:48 Mosvka Spartakçısı (?)... Anatoli Banişevski
06.03.2017  13:42 Bakıdan... Tuluzayacan
02.02.2017  11:46 Azərbaycanlı molokan
 
 
  17.07.18
09:57
  "Mançester Yunayted"in futbolçusu "Ayaks"da
01:50
  Avroliqada 3 oyun - Yenilənir
01:32
  Sabiq "Qarabağ"lı Polşa klubunda
00:45
  "Qarabağ"ın potensial rəqibi müəyyənləşir - Yenilənir
00:15
  Çempionlar Parisdə - Şəkillər
00:01
  Klublarımızın yay transferləri - Yenilənir
  16.07.18
23:07
  "Qəbələ" gedir
22:45
  Cüneyt Çakır coşqu ilə qarşılandı - video
22:26
  "Keşlə" Maksimovun gedişini rəsmən təsdiqlədi
22:07
  "Yuventus"la tarix yazmaq istəyirəm" - Ronaldo
21:35
  "Keşlə"ni "Baltsan"la oyuna o çıxaracaq
21:12
  "Putin dünya çempionatına əla hazırlaşmışdı" – Maradona
20:30
  "Qarabağ"ın rəqibi 20 futbolçu ilə gəlir - siyahı
19:05
  "Barselona"dan Poqba üçün 150 milyonluq təklif - iddia
18:48
  Millidə debüt etmədən dünya çempionu oldu
18:22
  Yuri Maksimov “Keşlə”dən getdi
17:39
  “Qəbələ”nin rəqibindən qələbə
17:07
  Mbappe mundialdakı qazancından imtina etdi
16:46
  "Neftçi" rəhbərliyini pultla idarə edirlər” – Kamal Quliyev
16:38
  Prezident Əliyevdən dünya çempionatı təbrikləri
16:30
  Ronaldo “Yuventus”da tibbi müayinədən keçdi – Video
16:00
  “Sənan Qurbanovun üstünə bu qədər getmək lazım deyil” – Asif Məmmədov
15:27
  Cənubi koreyalılar haqda...
14:30
  Günün canlı oyunları - Etopaz-da
14:11
  Mbappe PSJ-dən ayrılacaq? - açıqlama
13:50
  “Olimpiya” sabah gəlir – itkilərlə
13:45
  Ronaldo "Yuventus"un bazasında - Şəkil
13:17
  "Qarabağ"ın oyunu canlı yayımda
12:55
  “Sevilya”nın baş məşqçisi "Neftçi"nin oyunundan danışdı
12:44
  DÇ-2018-in finalında prezidentlərin səmimi görüntüləri - Şəkillər
12:26
  “Fransa futbol oynamadı” – Deyan Lovren
12:10
  Fransa millisindəki karyerasını başa vurdu
11:56
  "Hələ heç nə itirilməyib " - Amil Yunanov
11:35
  Fransanın çempionluğunu bayram edən iki azarkeş öldü
11:19
  DÇ-2018-in rəmzi komandası açıqlandı
10:58
  Xorvatiya millisi mükafatlandırılacaq
10:30
  Qriqorçuk Almeydanı heyətə daxil etdi - Çempionlar Liqası
10:11
  Didye Deşam Fransa millisində qalacaq?
09:48
  "Qələbəyə baxmayaraq, çatışmazlıqlar var" - baş məşqçi
02:12
  Sampaoli Argentina millisindən qovuldu
02:00
  “Bu mükafatı qazandığım üçün fəxr edirəm” - Kurtua
01:33
  İspaniya millisi DÇ-2018-in xüsusi mükafatına layiq görüldü
01:14
  “Panenka zərbəsi” endirmək istəyirdim” - Qrizmann
00:54
  Karambö, Karlos, Xedira, indi də Varan
00:39
  “Fransa əla oyun sərgiləməsə də...” - Deşam
00:18
  Poqba “Mançester Yunayted”in tarixinə düşdü
00:00
  “Dünya çempionatının finalında belə penalti təyin etmirlər” - Daliç
  15.07.18
23:00
  Mükafatlandırma mərasimindən şəkillər - DÇ-2018
22:28
  Didye Deşam tarixə düşdü
21:51
  Fransanın qələbə sevinci - Şəkillər
21:40
  Fransa belə çempion oldu - Video
21:29
  DÇ-2018-in ən yaxşıları açıqlandı
21:15
  FİFA onu seçdi
21:00
  DÇ-2018-in ən yaxşı bombardiri müəyyənləşdi
20:53
  Fransa ikinci dəfə dünya çempionu oldu
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore