Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Video
DÇ-2018
 
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Layihə
Haqqımızda
Reklam
Əlaqə
Qurban Qurbanovdan transfer açıqlaması

Yazarlar
 Vicdan məsələsi
Aydın BAĞIROV
 “Futbol dünyası”ndan... “Futbol dünyası”na qədər
Şakir YAQUBOV
 Futbol, bazar, qovhaqov...
Səbuhi MƏMMƏDLİ
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
Fotoreportaj
Bütün 
Mükafatlandırma mərasimindən şəkillər - DÇ-2018
Top 5
Klublarımızın yay transferləri - Yenilənir
"Qarabağ"ın potensial rəqibi müəyyənləşir - Yenilənir
Fransa ikinci dəfə dünya çempionu oldu
“Almeyda formada deyil” – Qriqorçuk
“Sevilya”nın baş məşqçisi "Neftçi"nin oyunundan danışdı
Linklər
525ci Qəzet

Mosvka Spartakçısı (?)... Anatoli Banişevski
A A A

[14.02.2018]
Mosvka Spartakçısı (?)... Anatoli Banişevski

Sovet dövrünün çox məşhur futbol yazarı, uzun illər SSRİ-nin hər yerində əl altından satılan “Futbol-Xokkey” həftəliyinin redaktoru Lev Filatov “Hücumçular” adlı kitabında (Moskva, 1986) kitabında yazır: “Bakı xeyli yaxşı ustalar yetişdirmişdir. Lakin təkcə Banişevski bütün qollarını özünün cavanlıq çağlarının klubunda oynayarkən vurmuşdur; o, üst-üstə bütün bakılılardan daha çox öz şəhərini ölkənin yığma komandasında təmsil etmişdir”.

Banişevskinin özü isə 100-cü qolunu vurandan sonra həmin “Futbol-Xokkey”in müxbirinə demişdi: “Dnepr”lə matçda yüzüncü topumu vurdum və “Neftçi” “Qriqori Fedotov klubu”na daxil oldu. Yox, mən səhv etmirəm: “Neftçi” deyiləndə həmişə öz doğma komandamızı nəzərdə tuturam. Mən bu komandada böyüyüb boya-başa çatmışam, onunla fəxri kürsüyə qalxmışam, onunla güclülər dəstəsini tərk etmişəm və yenə də bu dəstəyə qayıtmışam. Oynamağı qurtarandan sonra, əlbəttə ki, “Neftçi”nin qızğın pərəstişkarı olaçağam...”

Bəli, o, Bakıdan, Azərbaycandan heç vaxt – fəal idmandan aralanmalı olduğu 1989-1990-cı illərdə də ayrılmadı. Hərçənd müvəqqəti olsa da, onun həyatında belə məqamlar olmuşdu - o, haradasa, hansısa işi görüb qurtarandan sonra yenə doğma şəhərinə qayıtmışdı.

Unudulmaz futbolçumuzun növbəti anım günü ərəfəsində onun bioqrafiyasının yuxarıda qeyd elədiklərimlə bağlı olan və geniş oxucu dairəsinə o qədər də məlum olmayan bir faktından söz açmaq istəyirəm...

Öz dövründə A.Banişevski SSRİ-nin birinci milli komandasında oynamağa dəvət alan ən cavan futbolçu idi – onacan daha cavan yaşda (18 yaşında) təkcə Moskva torpedoçusu Eduard Streltsov belə yüksək şərəfə layiq görülmüşdü. Üstəlik də komanda yoldaşlarının mütləq əksəriyyətindən fərqli olaraq, birinci yığma komandaya qədər Banişevski heç bir ciddi yarışda “SSSR” abbreviaturalı geyimdə yaşıl meydançaya çıxmamışdı. Amma ölkənin baş komandasının

heyətinə cəlb edilənədək beynəlxalq səviyyəli bir yarışda SSRİ-nin təmsilçisi kimi qüvvəsini sınamalı olmuşdu. Bu, 21 yaşınadək futbolçuların beynəlxalq San-Remo turniri idi.

İtaliyanın San-Remo şəhərinin "Karlinz boyz" klubu tərəfindən təşkil edilən bu turnir 1947-ci ildən keçirilirdi, avqust ayında təşkil olunurdu və bir qayda olaraq, burada 7 yerli və 5 xarici KLUB KOMANDASI qələbə uğrunda mübarizə aparırdı. Sovet futbolçuları San-Remoya ilk dəfə 1964-cü ildə, Moskva "Spartak"ının gənclərdən ibarət komandası adıyla yollanmışdılar. Sovet dövründə belə şeylər heç də ayıb sayılmırdı – hansısa bir yarışda ölkənin və ya müttəfiq respublikanın (şəhərin) adını “batırmamaq üçün” həmin komanda digər kollektivlərdən cəlb edilmiş futbolçularla “möhkəmləndirilirdi”. Bu dəfə də belə olmuş və dırnaqarası “Spartak”ın start heyəti bu futbolçulardan tərtib edilmişdi: Sergey Kramarenko, Anatoli Şuljenko, Sergey Krulikovski, Vaxtanq Çelidze, Anatoli Şeblyakov, Vladimir Muntyan, Andrey Prosikov,Vitali Zabrodin, Anatoli Banişevski, Anatoli Bışovets, Viktor Bufalov. Spartakçılar turnirdə ardıcıl olaraq İtaliyanın "Sampdoriya" (3:0), "Yuventus" (4:0) və "Milan" (2:0), habelə İngiltə-rənin "Birmingem Siti" (3:0) komandalarının gənclər kollektivlərini məğlubiyyətə uğradaraq, qalib adını qazanmışdılar. Üstəlik, "Ən yaxşı qapıçı" və "Ən məhsuldar oyunçu" prizləri də sovet komanda-sına qismət olmuşdu. Dırnaqarası "Spartak"ın xüsusilə fərqlənmiş laureat-oyunçuları isə... Bakı "Neftçi"sinin üzvləri qapıçı Sergey Kramarenkoyla hücumçu Tolik Banişevskiydi. Onlardan savayı, daha bir bakılı – Vitali Zabrodin da San-Remo turnirinin qalibi olmuşdu.

İlin sonunda Sergeylə Tolik SSRİ birinciliyinin ən yaxşı debütantları üçün "Smena" jurnalının təsis etdiyi xüsusi mükafata da layiq görülmüş, San-Remoda qələbə qazanan dırnaqarası "Spartak"ın baş məşqçisi, əməkdar idman ustası Aleksey Paramonov isə Toliki həm də SSRİ-nin birinci yığma komandasına tövsiyə etmişdi (1956-cı ildə SSRİ yığma komandasının heyətində Melburn olimpiadasının qalibi olan A.Paramonov 1960-1965-ci illərdə əslində SSRİ-nin 18 yaşınadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisiydi və necə deyərlər, tövsiyə etmək onun vəzifə borcuydu). Təbii ki, SSRİ-nin səlahiyyətli futbol funksionerləri ilk vaxtlar məşqçinin tövsiyəsinə inamsızcasına yanaşmış, lakin ortabab əyalət komandasında oynayan gənc mərkəz hücumçusunu hər halda sonrakı il ölkənin birinci (milli) seçmə komandasının heyətinə daxil etmişdilər. Tarix sübut elədi ki, Paramonov səhv etməyibmiş...

Şakir YAQUBOV,
iki dəfə “Əməkdar mədəniyyət işçisi”

5548 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
07.06.2018  15:31 “Futbol dünyası”ndan... “Futbol dünyası”na qədər
14.05.2018  11:31 Bir az dərindən düşünsək...
06.03.2017  13:42 Bakıdan... Tuluzayacan
02.02.2017  11:46 Azərbaycanlı molokan
30.11.2016  12:19 Heydər Əliyevin təmiz qələbəsi və ya “Neftçi” haqsız cəzadan necə qurtuldu...
 
 
  17.07.18
21:15
  "Qarabağ" nə qədər güclü olsa da, mərhələni keçməyə çalışacağıq"
20:24
  "Qarabağ"a sürpriz etməyi düşünmürəm" - "Olimpiya"nın baş məşqçisi
19:29
  Qurban Qurbanovdan transfer açıqlaması
19:10
  "Məni yalnız sabahkı görüş maraqlandırır" - Qurban Qurbanov
18:43
  "Liverpul"dan "Roma"ya 70 milyonluq təklif
17:53
  "Qarabağ"ın potensial rəqibi müəyyənləşir - Yenilənir
17:33
  "Mançester Yunayted" iki xorvat oyunçu alır
17:05
  Macarıstan millisinin üzvü "Qarabağ"a keçir?
16:48
  Beyl qərarını verdi - gedir, yoxsa qalır?
16:23
  İslandiya millisinin baş məşqçisi istefa verdi
16:05
  "Qarabağ”dan qorxmuruq" – "Olimpiya"nın futbolçusu
15:42
  Klublarımızın yay transferləri - Yenilənir
15:34
  "Bakıda "Qarabağ"dan daha yaxşı oynamalıyıq" – İliya Stolitsa
15:20
  "Əminəm ki, 1 və ya 2 qol vura bilərik” - "Olimpiya"nın kapitanı
14:48
  Yuri Maksimovdan istefası ilə bağlı sensasiyalı açıqlamalar
14:24
  Ukraynalı futbolçu "Sabah"da - rəsmi
14:02
  Azərbaycanlı hakim Avropa çempionatının oyununda
13:41
  "Mançester Yunayted"in yeni forması - Şəkillər
13:09
  "Trabzonspor"un ən zəif oyunçusu - Ramil Şeydayev
12:38
  "Qarabağ" dəstəksiz qalmasın!
12:19
  "Türkiyə və Hollandiya klublarından təklif almışam" - millimizin üzvü
11:44
  "Bu hesab "Qarabağ"da arxayınlıq yarada bilər" - Ağasəlim Mircavadov
11:19
  Günün canlı oyunları - Etopaz-da
10:57
  Məşhur futbolçu millidəki karyerasını başa vurdu
10:30
  Xorvatiyanı 500 mindən çox insan qarşıladı - Video, Şəkillər
09:57
  "Mançester Yunayted"in futbolçusu "Ayaks"da
01:50
  Avroliqada 3 oyun - Yenilənir
01:32
  Sabiq "Qarabağ"lı Polşa klubunda
00:15
  Çempionlar Parisdə - Şəkillər
  16.07.18
23:07
  "Qəbələ" gedir
22:45
  Cüneyt Çakır coşqu ilə qarşılandı - video
22:26
  "Keşlə" Maksimovun gedişini rəsmən təsdiqlədi
22:07
  "Yuventus"la tarix yazmaq istəyirəm" - Ronaldo
21:35
  "Keşlə"ni "Baltsan"la oyuna o çıxaracaq
21:12
  "Putin dünya çempionatına əla hazırlaşmışdı" – Maradona
20:30
  "Qarabağ"ın rəqibi 20 futbolçu ilə gəlir - siyahı
19:05
  "Barselona"dan Poqba üçün 150 milyonluq təklif - iddia
18:48
  Millidə debüt etmədən dünya çempionu oldu
18:22
  Yuri Maksimov “Keşlə”dən getdi
17:39
  “Qəbələ”nin rəqibindən qələbə
17:07
  Mbappe mundialdakı qazancından imtina etdi
16:46
  "Neftçi" rəhbərliyini pultla idarə edirlər” – Kamal Quliyev
16:38
  Prezident Əliyevdən dünya çempionatı təbrikləri
16:30
  Ronaldo “Yuventus”da tibbi müayinədən keçdi – Video
16:00
  “Sənan Qurbanovun üstünə bu qədər getmək lazım deyil” – Asif Məmmədov
15:27
  Cənubi koreyalılar haqda...
14:30
  Günün canlı oyunları - Etopaz-da
14:11
  Mbappe PSJ-dən ayrılacaq? - açıqlama
13:50
  “Olimpiya” sabah gəlir – itkilərlə
13:45
  Ronaldo "Yuventus"un bazasında - Şəkil
13:17
  "Qarabağ"ın oyunu canlı yayımda
12:55
  “Sevilya”nın baş məşqçisi "Neftçi"nin oyunundan danışdı
12:44
  DÇ-2018-in finalında prezidentlərin səmimi görüntüləri - Şəkillər
12:26
  “Fransa futbol oynamadı” – Deyan Lovren
12:10
  Fransa millisindəki karyerasını başa vurdu
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore