"Qarabağ"da məcburi ayrılıq

"Qarabağ"da məcburi ayrılıq
XƏBƏR 26 Oktyabr 2016 / 12:52 6451
-  A +

“Qarabağ”ın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çakarov komandadan ayrılıb.

Qol.az-ın məlumatına görə, buna  bolqarıstanlı məşqçinin səhhətindəki problem səbəb olub.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da dünən keçirdiyi mətbuat konfransında məlumatı təsdiqləyib. O deyib ki, Çakarovun hazırda istirahətə ehtiyacı var. Bununla belə, onlar zərurət yarananda onunla məsləhətləşəcəklər.

Səhhətində problemlər olan Çakarov ötən il də eyni səbəbdən bir müddət "Qarabağ”dan ayrı düşmüşdü.

Qeyd edək ki, Çakarov 2010-cu ildən Ağdam klubunda çalışıb.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi