Mourinyodan Runiyə - özünə yeni klub axtar!

Mourinyodan Runiyə - özünə yeni klub axtar!
XƏBƏR 25 Oktyabr 2016 / 12:43 5809
-  A +

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo futbolçusu Ueyn Runiyə özünə yeni klub tapmağı məsləhət görüb.

Qol.az-ın "The Sun"a istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis ingilis hücumçuya bildirib ki, əgər müntəzəm oynamaq istəyirsə, özünə yeni komanda axtarmağı yaxşı olardı.

Qeyd edək ki, rəsmi versiyaya görə U.Runi zədə səbəbindən İngiltərə Premyer Liqasının 9-cu turunda "Çelsi"yə qarşı oynamayıb. Ancaq ölkə mətbuatı iddia edir ki, Runi zədələnməyib. O, məşqçi heyətinin qərarı ilə sözügedən görüşdə iştirak etməyib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi