Elxan Məmmədov: "Azərbaycan millisi çətin qrupa düşüb"

XƏBƏR 7 Fevral 2010 / 17:31 1918
-  A +

"Futbol üzrə 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan millisi çətin qrupa düşüb". Qol.Az-ın "Trend" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə hazırda Polşada olan AFFA-nın baş katibi Elxan Məmmədov bildirib: "Bizi çox maraqlı oyunlar gözləyir. Qrupun favoritini Almaniya millisini hesab edirik".

AFFA-nın baş katibinin sözlərinə görə, qrupa düşən komandaları Azərbaycan millisi yaxından tanıyır: "Azərbaycan komandası Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan ilə müxtəlif vaxtlarda bir qrupda yer alıb. Azərbaycan sentyabra qədər hazırlaşıb, istədiyi nəticəni əldə etməlidir".

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi