Millimiz qazaxları məğlub etdi

XƏBƏR 7 Fevral 2010 / 16:38 2002
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstanın «Kazaxmıs» klubu ilə yoxlama oyunu keçirərək 3:1 hesabı ilə qalib gəlib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, komandamızın qollarına Kamran Abdullazadə, Nurlan Əhmədov və Qurbanəli Əliyev imza atıb. Qeyd edək ki, millimiz hazırlıq prosesi çərçivəsində ilk yoldaşlıq oyununu fevralın 4-də İsveçrənin «Sent Marqrethen» klubuna qarşı keçirmiş və 12:0 hesabı ilə qalib gəlmişdi.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi