"Sumqayıt”ın baş məşqçisi cəzalandırıldı

"Sumqayıt”ın baş məşqçisi cəzalandırıldı
XƏBƏR 27 Sentyabr 2016 / 12:52 2285
-  A +

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qol.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Topaz Premyer Liqanın 3-cü turundan təxirə salınmış oyunda və 6-cı turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edib.

Topaz Premyer Liqasının III turundan təxirə salınmış “Qəbələ” – “Sumqayıt” matçında meydançaya azarkeş daxil olub və nəticədə 1 dəqiqəlik fasilə yaranıb. “Qəbələ” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunub.

Oyunun 85-ci dəqiqəsində “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov texniki zona qaydaların pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

Topaz Premyer Liqasının VI turunun AZAL – “İnter” matçında Peşəkar Futbol Liqasının himninin səslənməməsi və stadionun tablosunun işlək vəziyyətdə olmamasına görə AZAL klubuna xəbardarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubla bağlı daha ciddi tədbir görüləcək.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi