Ukrayna - Kosova oyunu neytral stadionda

Ukrayna - Kosova oyunu neytral stadionda
DÜNYA FUTBOLU 23 Sentyabr 2016 / 16:51 3637
-  A +

DÇ- 2018-in seçmə mərhələsində keçiriləcək Ukrayna - Kosova oyununun yeri müəyyənləşib.

Qol.az-ın Ukrayna Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı  məlumata görə, qarşılaşma neytral stadionda -  Polşanın Krakov şəhərində keçiriləcək.

Buna səbəb Ukraynanın eyni qrupda mübarizə apardığı Kosovanın müstəqilliyini  tanımamasıdır. 
Ukrayna Futbol Federasiyası FİFA-ya matçın neytral meydançada keçirilməsi ilə bağlı müraciət edib və ali futbol qurumundan müsbət cavab alıb.

Oyun Henrik Reyman adına şəhər stadionu və ya "Krakoviya Stadionu"nda baş tuta bilər.

Qeyd edək ki, görüş oktyabrın 9-da keçiriləcək.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi