Yeni transferi sabah “Qarabağ”a qoşulur

Yeni transferi sabah “Qarabağ”a qoşulur
XƏBƏR 30 Avqust 2016 / 15:45 10585
-  A +

“Qarabağ” klubu “Partizan”ın qapıçısı Boyan Şaronovun transferi ilə bağlı xəbərə münasibət bildirib.

Klubun direktoru Əmrah Çəlikəl Qol.az-a açıqlamasında serbiyalı qapıçı ilə danışıq apardıqlarını təsdiqləyib.

“Bəli, bu qapıçı ilə danışıqlar gedir. Ancaq hələlik rəsmi heç nə yoxdur” – deyə o bildirib.

Qol.az-ın əldə etdiyi məlumata görə isə artıq 28 yaşlı qolkiperlə razılıq əldə olunub. Onun sabah Bakıya gələrək tibbi müayinədən keçəcəyi, sonra isə müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Serbiya millisində bir oyun keçirən Boyan Şaronov bu ilin yanvarından “Partizan”da çıxış edirdi.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi