Millimiz finala vəsiqə qazandı

Millimiz finala vəsiqə qazandı
XƏBƏR 28 Avqust 2016 / 00:49 3527
-  A +

Çimərlik futbolu üzrə milli komandamız İtaliyanın Katanya şəhərində təşkil olunmuş Avropa Liqasının super final mərhələsində növbəti oyunun keçirib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Çexiya yığması ilə qarşılaşan komandamız rəqibini  5:1 hesabı ilə məğlub edib.

Bu gün millimiz final mərhələdə son oyununu Macarıstan milisinə qarşı keçirəcək. Qalib komanda 1-ci liqada 12 ən güclü komanda arasında mübarizə aparmaq üçün vəsiqə qazanacaq.

Xatırladaq ki, bundan öncə yığmamız Türkiyə millisini 5:3, İngiltərə millisini 2:0 hesabı ilə məğlub edib.

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi