42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış mərasiminin əsas məşqlərinə start verilib.
Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, Milli Gimnastika Arenasında keçiriləcək tədbirin təşkilində ölkənin bir çox tanınmış mədəniyyət xadimləri, incəsənət nümayəndələri iştirak edirlər. Mərasimin geyim eskizləri və istifadə olunacaq musiqilər təsdiqlənib. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəsmi tərəfdaşı "Amapola Exclusive Events" şirkətinin dəstəyi ilə açılış üçün hazırlanan dekorasiya və lazımi texniki avadanlıqlar quraşdırılıb. Bir saata yaxın davam edəcək açılış mərasimində Azərbaycanda şahmat ənənələri ilə bağlı məqamlar, o cümlədən milli mədəniyyətimizin elementlərindən istifadə olunacaq.
Mərasimin xoreoqrafı, Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova layihə haqqında fikirlərini bildirib: “Bakı Şahmat Olimpiadası kimi mötəbər yarışın açılış mərasimində xoreoqraf olmaqdan məmnunam. Ukraynanın tanınmış rejissoru Viktor Nikolayeviç və əməkdar artist Rəşad Haşımovla birlikdə çalışırıq. Açılış mərasiminin ssenarisini də birlikdə yazmışıq. Mərasimdə gözəl tamaşa nümayiş olunacaq. Azərbaycan həmişə beynəlxalq tədbirləri yüksək səviyyədə keçirib. Əminik ki, Bakı Şahmat Olimpiadası da yüksək peşəkarlıqla təşkil olunacaq. Açılış mərasimində şahmatın və Azərbaycanın tarixi, mədəniyyəti nümayiş olunacaq”.
Mərasimin rejissoru və tərtibatçısı Viktor Nikolayeviç möhtəşəm açılış tədbiri keçiriləcəyini vurğulayıb: “Tamaşaçıları gözəl nağıl gözləyir. Şahmat nağılı adlandırmaq olar. Maraqlı obrazlar yaradılıb. Əvvəlcədən bütün sirrləri açıqlamaq istəməzdim, sadəcə maraqlı olacağına əminəm. Artıq 10 günə yaxın məşqlərə başlanılıb. Demək olar ki, hazırda son məşqlər keçirilir. Azərbaycanın ən mötəbər yarışları keçirmək üçün böyük təcrübəsi var. Bakı Şahmat Olimpiadası və açılış mərasimi də yüksək səviyyədə olacaq. Mərasim uzun müddət yaddaşlardan silinməyəcək”.
Açılış mərasiminin musiqi tərtibatçısı, “Rast” qrupunun rəhbəri, Azərbaycan Respublikasının əməkdar artisti Rəşad Haşımov layihə üçün eksklüziv musiqi bəstələdiyini qeyd edib: “Şahmat dünyada elit və intellektual idman növüdür. Azərbaycana dünyanın ən güclü və tanınmış şahmatçıları gələcək. Açılış mərasimi üçün klassik musiqiyə yaxın bir janrda musiqi tərtibatı etmişik. Mərasimdə, həmçinin dahi bəstəkarlarımız Fikrət Əmirov və Qara Qarayevin musiqilərindən də istifadə olunub. Açılışa çox az vaxt qalıb. İnanırıq ki, yaradıcı heyətin əməyi nəticəsiz qalmayacaq. Qonaqlar çox maraqlı və unudulmaz açılış izləyəcək”.
"Amapola Exclusive Events" şirkətinin nümayəndəsi Səfər Aslanov mərasimin unikal şəkildə hazırlandığını qeyd edib: “Yarışa 180-dən çox ölkədən nümayəndə gələcək. Onların bir çoxunun Azərbaycanla tanışlığı bu arenadan başlayacaq. Mərasimdə şahmatın yaranma tarixi, Azərbaycanın milli ornamentləri nümayiş olunacaq. Tədbirdə həm müasir texnologiya vasitəsi ilə şou, həm də möhtəşəm sənətkarların ifası təqdim ediləcək. Layihə üzərində 400-ə yaxın əməkdaş çalışır. Burada milli və klassik rəqslərin nümayişləri də olacaq. 177 nağaraçının ifasında bayraqların paradı təşkil olunacaq. Bir saatlıq tədbir ərzində həm müasir Azərbaycan mədəniyyəti, həm də ölkəmizin klassik ornamentləri tamaşaçılara göstəriləcək”.
Xatırladaq ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də keçiriləcək. Milli Gimnastika Arenasında keçiriləcək tədbir saat 19:00-da başlayacaq.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə