Terimdən gözlənilməz qərar: Arda milliyə çağırılmadı

Terimdən gözlənilməz qərar: Arda milliyə çağırılmadı
XƏBƏR 26 Avqust 2016 / 23:21 5286
-  A +

Türkiyə millisinin Rusiya ilə yoldaşlıq oyunu və Xorvatiya ilə "DÇ-2018"in seçmə mərhələsinin görüşləri üçün ilkin heyəti açıqlanıb.

Qol.az-ın Türkiyə Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, millinin baş məşqçisi Fatim Terim gözlənilməz qərar verib. O, komandanın aparıcı oyunçuları Arda Turan, Burak Yılmaz, Səlçuk İnan, Hakan Balta və Caner Erkini milliyə çağırmayıb.

23 nəfərlik heyətdə aşağıda adları qeyd olunan futbolçular yer alıb:

Qapıçılar: Harun Tekin ("Bursaspor"), Onur Kıvrak ("Trabzonspor"), Volkan Babacan ("Başakşehir")

Müdafiəçilər: Ahmet Oğuz, Ahmet Çalık (hər ikisi "Gənclərbirliyi"), Şener Bayraklı, Hasan Ali Kaldırım, İsmail Köybaşı (hamısı "Fənərbaxça"), Çağlar Söyüncü ("Frayburq"), Serdar Aziz ("Qalatasaray")

Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu ("Bayer" Leverkuzen), İrfan Can Kahveci ("Gənclərbirliyi"), Mehmet Topal, Ozan Tufan, Salih Uçan, Volkan Şen (hamışı "Fənərbaxça"), Nuri Şahin , Emre Mor (hər ikisi "Borussiya" Dortmund), Oğuzhan Özyakub, Olcay Şahan (hər ikisi "Beşiktaş"), Gökhan Töre ("Vest Hem"), Cengiz Ünder ("Başakşehir")

Hücumçular: Cenk Tosun ("Beşiktaş"), Yunus Mallı ("Maynts"), Enes Ünal ("Tvente")


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi