Gənclər millimiz bu gün novbəti yoxlama oyunu keçirəcək

XƏBƏR 25 Yanvar 2010 / 11:20 1519
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün hazırlıq prosesi çərçivəsində növbəti yoldaşlıq oyununu keçirəcək. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız Ukraynanın «Dnepr» klubunun əvəzedici heyəti ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Xatırladaq ki, U-21 təlim-məşq toplanışı ərzində artıq 2 yoldaşlıq oyununda qüvvəsini sınayıb. Şotlandiyanın «Reyncers» (Qlazqo) klubunun əvəzedicilərinə 0:3 hesabı ilə məğlub olan futbolçularımız, «Şaxtyor»un əvəzedici komandası ilə heç-heçə edib – 2:2.
 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi