“Slaviya”nın hücumçusu “Qarabağ”da

XƏBƏR 23 Yanvar 2010 / 15:06 2251
-  A +

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu gün komandanın iki dəfəlik məşqi nəzərədə tutulub. Səhər keçirilən məşqdə daha bir futbolçu komandanın düşərgəsinə qoşulub. İgor Radovanovic 1985-ci il doğumludur və ampluası hücumçudur. “Slaviya”(Bosniya) komandasından dəvət olunan 24 yaşlı futbolçu buna qədər Ruminiya və Belçika yüksək liqasında da oynayıb. “Slaviya”ya isə “Jelezniçar”dan transfer olunan futbolçu Avroliqa maçlarında komandasının uğuru üçün çalışıb. 192 sm boya malik futbolçunun fiziki göstəriciləri yüksəkdir.
Axşam saatlarında “Qarabağ”ın düşərgəsinə daha iki futbolçu qoşulacaq. Baş məşqçi Qurban Qurbanov bu futbolçular haqqında son fikrini 25 yanvarda oynanılacaq iki yoxlama matçından sonra bildirəcək. Məhz həmin gün yerli vaxtla səhər saat 11:00-da Ukraynanın “Şaxtyor”, axşam saat 16:00-da isə Ruminiya Premyer Liqa təmsilçisi “Gloriya Bistrita” komandaları “Qarabağ”ın rəqibi olacaq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi