Çempionlar Liqasında yeni mövsümə start verildi

Çempionlar Liqasında yeni mövsümə start verildi
DÜNYA FUTBOLU 29 İyun 2016 / 00:01 20338
-  A +

Bu gün Çempionlar Liqasında 2016/2017 mövsümünə start verilib.

Qol.az-ın məlumatına görə, turnirin birinci təsnifat mərhələsindən 8 komanda mübarizəyə qoşulub.

”Flora” (Estoniya) evdə “Linkoln”a (Cəbəllütariq) 2:1,  "Valletta” (Malta) isə “Torşavn”a (Farer adaları) 1:0 hesabı ilə qalib gəlib.  “Tre Penne” (San-Marino) səfərdə TNS (Uels) klubuna 1:2 hesabı ilə uduzub.




28 iyun

Çempionlar Liqası


I təsnifat mərhələsinin ilk oyunları

20:00. ”Flora” (Estoniya) – “Linkoln” (Cəbəllütariq) - 2:1
Qollar:
Alliku, 35 (1:0), Sappinen, 49 (2:0), Çipolina, 57 (2:1)
 
21:00. "Valletta” (Malta) - “Torşavn” (Farer adaları) - 1:0
Qol:
Falkone, 69 (1:0)

22:00. “Santa Koloma” (Andorra) - “Alaşkert” (Ermənistan) - 0:0

22:00. TNS (Uels) - “Tre Penne” (San-Marino) - 2:1
Qollar:
Kvikli, 13 (1:0), Fraternali, 16 (1:1), Mullan, 40 (2:1)


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi