“Neftçi” oyunlarını Suraxanıda keçirəcək

XƏBƏR 11 Yanvar 2010 / 11:09 1680
-  A +

Təlim-məşq toplanışının ilk mərhələsini Bakıda davam etdirən “Neftçi” yanvarın 12-də “Olimpik-Şüvəlan”, 15-də isə “Karvan”la yoldaşlıq oyunu keçirəcək. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə bu görüşlərin İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilməsi nəzərdə tutulurdu. Lakin hazırda həmin arenanın ot örtüyünün daha yüksək səviyyəyə gətirilməsi üçün hazırlıq işləri getdiyindən, hər iki yoldaşlıq görüşü Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutacaq. Oyunlar saat 10:30-da başlayacaq.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi