Kapello İtaliya millisinin təklifini rədd etdi

Kapello İtaliya millisinin təklifini rədd etdi
DÜNYA FUTBOLU 17 Mart 2016 / 16:52 2615
-  A +

İtaliyalı mütəxəssis Fabio Kapello ölkəsinin yığmasını çalışdırmaqdan imtina edib.

Qol.az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, federasiya rəhbərliyi "Avro-2016"dan sonra komandadan ayrılacaq Antonio Konteni məhz Kapello ilə əvəzləməyi planlaşdırır.

Lakin 69 yaşlı mütəxəssis bundan sonra heç bir yığmada çalışmaq istəmədiyini bildirib: "Təbii ki, İtaliya millisindən təklif almağım mənim üçün böyük şərəfdir. Lakin artıq heç bir yığmada çalışmaq istəmirəm".

Qeyd edək ki, Kapello son olaraq 2012-2015-ci illərdə Rusiya millisini çalışdırıb.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi