"Kasilyasla müqavilə imzalamaqla səhv etdik"

"Kasilyasla müqavilə imzalamaqla səhv etdik"
DÜNYA FUTBOLU 16 Mart 2016 / 20:17 9850
-  A +

"Portu"nun prezidenti Jorje Pintu komandanın qapıçısı İker Kasilyas haqda danışıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, ispan qolkiperin oyununu bəyənmədiyini deyib. Klub prezident Kasilyasla müqavilə imzalamaqla səhv qərar verdiklərini söyləyib:

“Kasilyası bizə agenti təklif etmişdi. O demişdi ki, İker hələ uzun müddət yüksək səviyyədə oynamaq istəyir. Yeganə şərti isə komandanın bir nömrəsi olmaqdı. Ancaq biz oyununla müqavilə imzalamaqla böyük səhv etdik. Kasilyas heç bir ümidimizi doğrultmadı.
 
Onun səhvləri ucbatından ölkə çempionatında birincilik uğrunda oynaya bilmirik və Kasilyasa görə Çempionlar Liqasında mübarizəni dayandırdıq. Kasilyası ABŞ-a yollaya bilsək, bu, bizim üçün əla transfer olacaq”.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi