Alleqri “Yuventus”da qalır!

Alleqri “Yuventus”da qalır!
DÜNYA FUTBOLU 15 Mart 2016 / 11:52 2559
-  A +

"Yuventus" baş məşqçisi Massimiliano Alleqri ilə müqaviləni yeniləyəcək.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Turin təmsilçisinin Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ilə oynayacağı cavab qarşılaşmasından sonra 48 yaşlı mütəxəssis  rəsmi müqaviləyə imza atacaq. "Yuventus" M.Alleqri ilə sözləşməni 2019-cu ilə qədər uzadacaq.

Qeyd edək ki, "Bavariya" - "Yuventus" oyunu sabah keçiriləcək. Bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb.

Xatırladaq ki, M.Alleqrinin çalışdırdığı "Yuventus" ötən mövsüm ölkə çempionatının  və İtaliya kubokunun qalibi olub, Çempionlar Liqasının finalına yüksəlib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi