Millimizin sabiq qapıçısı Macarıstan klubunda

DÜNYA FUTBOLU 30 Dekabr 2009 / 12:32 2705
-  A +

21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının sabiq qapıçısı Ruslan Məcidov Macarıstanın “Nyiredhaza” klubuna baxışa yollanıb. 24 yaşlı qolkiper fransalı yarımmüdafiəçi İqor Comanla birgə sınaqdan çıxarılacaq. Baxışdan uğurla keçəcəkləri halda, onlarla müqavilə bağlanacaq. “Nyiredhaza” Macarıstan çempionatının ilk dövrəsini 10 xalla sonuncu – 16-cı pillədə başa vurub. Ruslan Məcidov isə karyerasına 2001-ci ildə Moskva "Spartak"ının ikinci komandasında başlayıb və 2002-ci ilə qədər bu komandanın heyətində yer alıb. 2003-cü ildə Rusiya çempionatının 1-ci dəstəsində çıxış edən "Kristall"la anlaşıb. Növbəti bir ili "Vidnoye" klubunda keçirdikdən sonra - 2005-ci ildə Mahaçqala "Anji"sinə keçib. 2006/07 mövsümündə Polşaya yollanıb və "Vidzev"lə analşıb. 2007-ci ildə vətənə dönərək, "Neftçi" ilə müqavilə bağlayıb. 2008-ci ildə icarə əsasında "Gənclərbirliyi"nin şərəfini qoruyub. İndiyə qədər 5 dəfə U-21-ə dəvət alıb.

Mənbə: lent.az


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi