Kamran Ağayev ilin ən peşəkar futbolçusu seçildi

XƏBƏR 22 Dekabr 2009 / 12:08 1755
-  A +

Cənub Regional Futbol Federasiyası (CRFF) 2009-cu il ərzində ölkə futbolunun inkişafında göstərdiyi xidmətlərə görə cənub zonasını təmsil edən rayonlarda idarə, müəssisə, təşkilatlar və fərdi şəxslərin fəaliyyətlərini nəzərə almaqla ilin ən yaxşılarını seçib. Qol.Az-ın məlumatına görə, “Xəzər Lənkəran”ın və milli komandamızın qapıçısı Kamran Ağayev ilin ən peşəkar futbolçusu nonimasiyasının qalib olub. İkinci yerə “Muğan”dan Vüsal Hüseynov, üçüncü pilləyə isə “Anşad-Petrol”da çıxış edən Mürvət Fəxrəddinov layiq görülüb. Bundan başqa CRFF Futbolun inkişafında fərqlənən Bələdiyyə təşkilatı, Cənub zonası üzrə ilin ən yaxşı idman məktəbi, İlin ən yaxşı futbol komandası, İlin ən yaxşı uşaq futbol məşqçisi, Regionda futbolunun inkişafında informasiya xidmətlərinə görə fərqlənən şəxsi, Cənub Regionunda futbol xəbərlərini ən yaxşı işıqlandırdığına görə fərqlənən KİV-i, Uşaq Futbolunun inkişafında göstərdiyi xidmətlərə görə ilin ən yaxşı təşkilatı və ilin ən yaxşı yeniyetmə futbolçusu nomanisiyaları üzrə də qalibləri seçib.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi