Ruslan Abışov: "Kim nə fikirləşir, fikirləşsin"

Ruslan Abışov: "Kim nə fikirləşir, fikirləşsin"
XƏBƏR 8 Dekabr 2009 / 01:31 2384
-  A +

"Neftçi" klubunun futbolçuları Premyer Liqanın "Turan"la keçirilən qarşılaşması haqqında fikirlərini bildiriblər:

Rail Məlikov: “Bura “Neftçi”dir. Bu komandada belə halların olması mümkün deyil. Çünki “Neftçi” flaqmandır. Bilimirəm, bəlkə də başqa komandalarda bu cür vəziyyətlərə rast gəlmək olar, amma “Neftçi”də belə şey ola bilməz. Bunu yalnız “Neftçi”ni sevməyənlər deyə bilər. Gücümüzü “Qəbələ” ilə oyunda da göstərəcəyik”.

Ruslan Abışov: Kim nə fikirləşir, fikirləşsin, bu futboldur. Komanda fasilə zamanı paltardəyişmə otağında özündə güc taparaq, oyunun məcrasını dəyişə bildi”.

Suat Usta: “Hazırda bütün diqqətimizi “Qəbələ” ilə oyuna kökləmişik. Kimlərsə “Neftçi”ni sevmir, kimlərsə nəysə yazdıra bilər. Biz klub rəhbərliyi ilə, məşqçilərlə, fanatlarımızla və bizi sevənlərlə bir ailəyik. Aramızda problem yaratmaq istəyənlər bizi məqsədimizdən yayındıra bilməzlər”.

Ruslan Əmircanov: “Bəzi söhbətlər, şaiələr var. Hərə öz işi ilə məşğul olmalıdır. 0:2 hesabı ilə uduzuruqsa, sonra ikinci hissədə meydana çıxıb üç qol vururuqsa, deməli komandada birlik var. Təmiz qələbə qazanmışıq”.

Paulius Qribauskas: “Çox şadam ki, komandamız üç qol vuraraq, layiq olduğu qələbəni qazandı”.

Adrian Neaqa: “Bizimlə burada qalmayan insanların haqqımızda nə danışdıqları maraqlı deyil. Qoy danışmasınlar, çünki bizi tanımırlar. Hər gün çalışırıq, “Qəbələ”ni də məğlub edəcəyik”.

Marian Aliuta: “Başqalarının fikirləri bizi maraqlandırmır”.

Dmitri Kruqlov: “Məni yalnız öz oyunum maraqlandırır”.

Nazar Bayramov: “İlk hissədə oyunumuz alınmadı. Fasilədə baş məşqçi bizimlə ciddi söhbət elədi. Üstəlik, Vaqif müəllim ikinci hissədə hücumçuları “döyüşə ataraq” düzgün dəyişiklər etdi ki, bunun da bəhrəsini gördük”.

Leonard Naydin: “İlk yarıda az sayda qol epizodu yaratdıq. Amma fasilədən sonra qələbə üçün daha da toparlanaraq istədiyimizə nail olduq”.

Taavi Rahn: “İlk hissədə zəif oynasaq da, fasilədən sonra özümüzü toparlayıb qələbə qazana bildik”.

Valentin Atem: “Oyunu xarakterimizin hesabına udduq. Biz qələbəyə layiq idik. Əzmkar qələbə qazanmaqla güclü bir komanda olduğumuzu sübut etdik. Bu yolla da davam etməliyik”.

Mənbə: neftci.az


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi