“Fənərbaxça” səfərdə “Tvente”yə qalib gəldi

“Fənərbaxça” səfərdə “Tvente”yə qalib gəldi
DÜNYA FUTBOLU 2 Dekabr 2009 / 23:56 2442
-  A +

Bu gün Avroliqada beşinci turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, Türkiyənin “Fənərbaxça” klubu səfərdə play-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Tvente”nin qonağı olub. Oyunu yüksək səviyyədə keçirən İstanbul klubu rəqibinə 1:0 hesabıyla qalib gəlib. Matçın taleyini həll edən yeganə qolu qarşılaşmanın 71-ci dəqiqəsində Luqano vurub. Bu qələbə sayəsində xallarının sayını 12-ə çatdıran “Fənərbaxça” sona 1 tur qalmış qrup liderliyini təmin edib. Hazırda “Fənərbaxça”nın aktivində 12 xal var. “Tvente” 7 xalla ikinci, “Şerif” isə 6 xalla üçüncüdür. Sonuncu pillədə qərarlaşan “Styaua”nın isə cəmi 3 xalı var.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi