"Qəbələ"nin rəqibindən əzmkar qələbə

"Qəbələ"nin rəqibindən əzmkar qələbə
DÜNYA FUTBOLU 24 Sentyabr 2015 / 00:22 2964
-  A +

Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqiblərindən olan PAOK bu gün Yunanıstan superliqasında növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Saloniki təmsilçisi 4-cü turda evdə AEK-lə qarşılaşıb.

PAOK bu görüşdə qələbə qazanmaqla turnir cədvəlində irəliləməyə çalışacaqdı. Fasilədən sonra hesabda geri düşən İqor Tudorun komandası iki qol vurmaqla əzmkar qələbə qazanıb - 2:1.  

Qeyd edək ki, bu qələbədən sonra xalını 7-yə yüksəldən PAOK turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.


 

23 sentyabr

Yunanıstan superliqası, 4-cü tur

22:30. PAOK - AEK - 2:1
Qollar:
Aravidis, 47 (0:1), Rodriqez, 64 (1:1), Athanasiadis, 84-pen (2:1)


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi