Türkiyə millisinin yeni məşqçisinin adı məlum oldu

Türkiyə millisinin yeni məşqçisinin adı məlum oldu
DÜNYA FUTBOLU 25 Noyabr 2009 / 14:03 2674
-  A +

Fatih Terimin istefasından sonra boşalan Türkiyə milli komandasının məşqçilər korpusunun ilk üzvünün adı məlum olub. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, federasiya rəsmiləri ikinci məşqçi postuna ötənlərin tanınmış futbolçusu Abdullah Avcını gətirib. Türkiyə Futbol Federasiyasının prezidenti Mahmut Özgener Avcının artıq 4 ildir çalışdırdığı “İstanbul BŞB”-nin prezidenti Göksəl Gümüşdağla görüşərək, onun razılığını alıb. Daha sonra məşqçinin özüylə də görüşən federasiya başçısı qarşı tərəflə də ortaq məxrəcə gəlib.
Bu barədə açıqlama verən Mahmut Özgənər Fatih Terimin əvəzinə baş məşqçi postuna gətirəcəkləri əcnəbi mütəxəssisin işini asanlaşdırmaq və aşağı yaş qrupu üzrə milli komandalara nəzarət etmək üçün Abdullah Avcıyla razılaşdıqlarını bildirib.
2005-ci ildə 17 yaşadək futbolçulardan ibarət Türkiyə milli komandasının Avropa çempionu və dünya dördüncüsü edən Avcı da xəbəri təsdiqləyib: “Bəli, artıq milli komandanın məşqçilər korpusunda çalışacağam. Burada çalışmağa özümü tam hazır sayıram”.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi