UEFA-dan alban klubuna texniki məğlubiyyət

UEFA-dan alban klubuna texniki məğlubiyyət
DÜNYA FUTBOLU 4 Avqust 2015 / 14:00 7983
-  A +

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində yarımçıq dayandırılan "Kukesi" (Albaniya) - "Legiya" (Polşa) matçı ilə bağlı qərarını verib.

Qol.Az-ın Polşa klubunun saytına istinadən yaydığı xəbərə görə, meydan sahibi komandaya 0:3 hesablı texniki məğlubiyyət edib. Buna qarşılaşma zamanı "Kukesi" azarkeşlərindən birinin etdiyi hərəkət səbəb olub.

Qeyd edək ki, sözügedən matçın ikinci hissəsinin əvvəlində hesab 2:1 "Legiya"nın xeyrinə olduğu vaxt meydana daş atılıb. Həmin daş Polşa klubunun futbolçusu Andrey Duduya dəyib. Futbolçu meydandan xərəklə aparılıb.  Baş verənlərə görə görüşün baş hakimi 51-ci dəqiqədə matçı yarımçıq dayandırmaq qərarına gəlib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi