Fransa superkubokunu PSJ qazandı

Fransa superkubokunu PSJ qazandı
DÜNYA FUTBOLU 2 Avqust 2015 / 02:27 7437
-  A +

Bu gün Fransada superkubok matçı keçirilib.

Qol.Az-ın məlumatına görə, həlledici görüşdə ötən mövsüm Fransa liqasının qalibi PSJ və ölkə çempionatının gümüş mükafatçısı "Lion" üz-üzə gəlib.

Fransada maraqla gözlənilən bu oyun Paris təmsilçisinin qələbəsi ilə başa çatıb. İlk hissədə iki qol vuran PSJ tarixində 5-ci dəfə superkuboka yiyələnib.

Qeyd edək ki, PSJ ötən mövsüm həm Fransa Liqasını, həm də ölkə kubokunu qazandığı üçün superkubokda iştirak hüququ ölkə çempionatının gümüş mükafatçısı olan "Lion" əldə edib.



 

1 avqust

Fransa superkuboku

00:00. PSJ - "Lion" - 2:0
Qollar:
Aurier, 11 (1:0), Kavani, 17 (2:0)
Qırmızı vərəqə: Qonalons, 63 ("Lion")


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi