"Real"da üçüncü ciddi itki

"Real"da üçüncü ciddi itki
DÜNYA FUTBOLU 20 Aprel 2015 / 19:30 8269
-  A +

"Real" növbəti ciddi itki ilə üzləşib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Malaqa"ya qarşı (3:1) İspaniya La Liqasında keçirilən matçda zədələnən Qaret Beyl tibbi müayinədən keçib. Sağ ayaq əzələsindən zədə aldığı müəyyənləşən uelsli yarımmüdafiəçinin üç həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Bu isə o deməkdir ki, Q.Beyl "Atletiko"ya qarşı Çempionlar Liqasında keçiriləcək cavab qarşılaşmasını buraxacaq.

Xatırladaq ki, komandanın digər futbolçuları Luko Modriç zədə səbəbindən, Marselo isə cəzalı duruma düşdüyü üçün "Atletiko"ya qarşı oynamayaqlar.

Qeyd edək ki, "Real" - "Atletiko" oyunu aprelin 22-i keçiriləcək.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi