Karles Puyol da "Barselona"dan ayrıldı

Karles Puyol da "Barselona"dan ayrıldı
DÜNYA FUTBOLU 6 Yanvar 2015 / 11:20 5693
-  A +

"Barselona"da daha bir ayrılıq gerçəkləşib.

Qol.Az-ın məlumatına görə, "Barselona" idman direktoru Andoni Subisarretanın istefasında sonra onun köməkçisi vəzifəsində çalışan Karles Puyol da istefa verib.

Bu barədə K.Puyol özünün "Facebook" hesabından yazıb:

"Barselona" ilə əməkdaşlığı bitirməyə qərar verdim. Burda olduğum müddətdə görülən işlərlə yaxından tanış oldum, çox şey öyrəndim. Qazandığım təcrübə üçün klub rəhbərliyinə təşəkkür edirəm. Ümid edirəm ki, gələcəkdə "Barselona"ya qayıdacam".


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi