Hakan Şükür vida matçı keçirir

Hakan Şükür vida matçı keçirir
DÜNYA FUTBOLU 17 Noyabr 2008 / 16:02 5013
-  A +

Türkiyə futbolunun canlı əfsanəsi Hakan Şükür məşqçiliyə başlamağı qərara alıb. “APA-Sport”un məlumatına görə, sabiq “Qalatasaray”lı yeni mövsümdən hər hansı bir klubda işləyəcəyini deyib.

“İnsan fasilə verincə, oynamaq istəyini itirir. Qarşıdakı günlərdə televiziya ekranlarında da görünə bilərəm. Növbəti mövsümdən etibarən məşqçilik etmək istəyirəm”.

38 yaşlı Şükür uzun müddət “Qalatasaray”da çiyin-çiyinə oynadığı futbolçularla “Əli Sami Yen” stadionunda vida matçı keçirmək istədiyini də sözlərinə əlavə edib.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi