“Bakı”nın Bülənt Qorxmazı seçməsinin səbəbi məlum oldu

“Bakı”nın Bülənt Qorxmazı seçməsinin səbəbi məlum oldu
XƏBƏR 29 Sentyabr 2009 / 19:31 1910
-  A +

“Bakı”nın Bülənt Qorxmazı seçməsinin səbəbi məlum olub. Qol.Az-ın məlumatına görə, bu haqda türkiyəli məşqçinin təqdimetmə mərasimində paytaxt klubunun baş meneceri Zeynal Məmmədov məlumat verib: “Bildiyiniz kimi, Coko Haciyevskinin istefasından sonra baş məşqçi postuna digər namizədlər də var idi. Lakin biz sonda Bülənt Qorxmaz variantına üstünlük verdik. Çünki komandamızın aşağı yaş qrupu üzrə bütün heyətlərinə türkiyəli məşqçilər nəzarət edir. Bu səbəbdən də əsas komandanın başına da türkiyəli məşqçi gətirmək qərarına gəldik. Belə hesab edirik ki, bütün yaş qrupu ilə yanaşı əsas komandanın da vahid sistemlə çalışması “Bakı”ya yalnız və yalnız xeyir gətirəcək”.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi