“Turan”ın sabiq baş məqşçisi 3 oyunluq cəzalandırıldı

“Turan”ın sabiq baş məqşçisi 3 oyunluq cəzalandırıldı
XƏBƏR 21 Sentyabr 2009 / 12:27 1739
-  A +

“Turan”ın sabiq baş məşqçisi, hazırda “Pirin”də eyni postu tutan  Naci Şensoy Bolqarıstan çempionatının son turunda etdiyi hərəkətə görə, Bolqarıstan Futbol Federasiyası tərəfindən 3 oyunluq cəzalandırılıb. Qol.Az-ın Bolqarıstanın “Topsport” nəşrinə istinadən vediyi məlumata görə, son turda “Çernomorets”ə 1:2 hesabı ilə uduzan “Pirin”in baş məşqçisi məğlubiyyətin günahını görüşün baş hakimində görüb və onu çox sərt şəkildə təhqir edib. Nəticədə növbəti 3 oyunda komandasına texniki zonadan rəhbərlik etmək səlahiyətindən məhrum edilib. Qeyd edək ki, çılğınlığı ilə seçilən Şensoy Azərbaycanda işlədiyi dövrdə də analoji hərəkətlərinə görə bir neçə dəfə cəzalandırılmışdı.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi