Qrupa düşmək uğrunda

Qrupa düşmək uğrunda
ETOPAZ 19 Avqust 2014 / 17:01 4097
-  A +

Bu axşam futbol üzrə Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına start veriləcək. İlk oyun günündə baş tutacaq 5 qarşılaşmadan ikisinə www.etopaz.az saytında "tək oyun" kimi mərc edə bilərsiniz. Digər 3 görüş isə "ikili oyunlar" kateqoriyasına daxil edilib.

Bizim azarekeşlər üçün daha çox maraq doğuran qarşılaşma təbii ki, İstanbulda keçiriləcək "Beşiktaş" - "Arsenal" matçıdır. "Qara qartallar"ın bəxtinə çox təhlükəli rəqib düşüb. Slaven Billiçin komandası qrup mərhələsinə vəsiqə almaq üçün bir sensasiya gerçəkləşdirməlidir.

Statistikada hər iki komandanın xeyrinə olan nüanslar tapmaq olar. Məsələn, "Arsenal" indiyədək Çempionlar Liqasının pley-off mərhələsində 6 dəfə oynayıb və hamısında da rəqiblərini mübarizədən kənarlaşdıraraq qrupa düşməyi bacarıb. "Beşiktaş" isə son 10 ildə öz meydanında keçirdiyi həm Çempionlar Liqası, həm də Avroliqanın təsnifat və pley-off mərhələlərinın oyunlarında uduzmayıb.

Qrupdan əvvəlki mərhələlərdə 17 dəfə oynayan "qara qartallar" bunlardan 14-də növbəti raunda adlayıb. Saat 23:45-də başlanacaq axşamkı qarşılaşmaya www.etopaz.az saytında həm "tək oyun" kimi, həm də canlı mərc edə bilərsiniz. Əmsallar: "Beşiktaş"ın qələbəsi 4.8, heç-heçə 3.6, "Arsenal"ın qələbəsi 1.5. Canlı mərc zamanı isə əmsallar oyunun gedişinə və hesaba uyğun tez-tez dəyişəcək.

Gecənin digər "təkli oyun"u isə Rumıniyada keçiriləcək "Styaua"-"Ludoqorets" görüşüdür. "Styaua"nın zəngin avrokubok təcrübəsi hamıya bəllidir. Komanda fasiləsiz olaraq hər mövsüm ya Avroliqa, ya da Çempionlar Liqasında çıxış edir. "Ludoqorets" isə Avropa futbolunda yeni addır. Son illər Bolqarıstanda Sofiya klublarının (CSKA, "Levski", "Lokomotiv") hegemonluğuna son qoyan Razqrad təmsilçisi avrokuboklarda özünü yaxşı tərəfdən göstərməyə başlayıb.
 
Bolqarlar ötən mövsüm Avroliqada 1/8 finaladək irəlilədi və yalnız burada "Valensiya" "səddi"ndə dayandı. Bu mövsüm isə "Ludoqorets" əvvəlki mərhələdə Serbiya "Partizan"ını sıradan çıxardı. Həmin "Partizan" indi Avroliqada bizim "Neftçi"yə rəqibdir. Bir sözlə, "Styaua"nın təcrübəsinə baxmayaraq Bolqarıstan çempionundan da sürpriz gözləməyə dəyər. Çoxdandır bolqar klubları Çempionlar Liqasında qrup mərhələsinə həsrətdir. Görək, "Ludoqorets" bu sindromu qıra biləcəkmi? Buxarestdəki matça www.etopaz.az saytında "tək oyun" kimi mərc edə bilərsiniz. Əmsallar: "Styaua"nın qələbəsi 1.9, heç-heçə 3.2, "Ludoqorets"in qələbəsi 3.2. Çempionlar Liqası həyacanını www.etopaz.az ilə yaşayın, həm gözəl futbolun, həm sə qazanmağın keyfini çıxarın!!!


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi